Icma.az
close
up
RU
Bakı Tbilisi sərnişin qatarında yerlər artırılıb

Bakı Tbilisi sərnişin qatarında yerlər artırılıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin məmnunluğunun yüksəldilməsi və Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə sərnişinlər üçün daha geniş və daha əlçatan səyahət imkanları yaratmağa davam edir.

Bu barədə ADY məlumat yayıb. İyulun 10-dan etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılacaq.

Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan “Stadler” vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40 manat 30 qəpikdən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65 manat 20 qəpik, Yevlaxdan 53 manat 30 qəpik, Gəncədən 49 manat 30 qəpik, Ağstafadan isə 45 manat 30 qəpikdir. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43 manat 40 qəpik və 40 manat 30 qəpik təşkil edir.

Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79 manat 5 qəpik ,Gəncədən isə 58 manat 20 qəpikdir.

Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.

“Stadler” tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kq müəyyən edilib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6356 nəfər Tbilisi, 4343 nəfər Bakı, 1112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.

Ümumilikdə ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində qatarla səyahətə üstünlük verənlərin sayı artıb. 2026-cı ilin 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20 faizə yaxın artım deməkdir.

ADY sərnişinlərin rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarından faydalanması üçün xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri