Ümid edirik ki, bu ölkə TDT yə üzv olacaq
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyaya səfərə gələn Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Axar.az xəbər verir ki, Türkiyə ilə Türkmənistan arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal proseslər müzakirə edilib.
Prezident Ərdoğan Türkmənistanla münasibətlərin səviyyəsini daha da yüksəltmək üçün addımlar atmağa davam edəcəklərini bildirib, xüsusilə enerji, ticarət, müdafiə sənayesi və investisiya sahələrində yeni səylərin əhəmiyyətini vurğulayıb.
Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) getdikcə gücləndiyini, Türkmənistanın TDT “Ailə məclisi"nə üzv olaraq qoşulacağına ümid etdiklərini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 11 Noyabr 2026 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















