Bakı tədbirə hazırlaşır SIXLIQ OLACAQ
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
15 oktyabr tarixində Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat vasitələrinin hərəkətinin təlimi həyata keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Təlim çərçivəsində oktyabrın 11-də saat 08:00–13:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.
Təlim Mehdi Hüseyn küçəsi, İstiqlaliyyət küçəsi, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Üzeyir Hacıbəyli küçəsi, İzzəddin Həsənoğlu küçəsi, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Gülarə Qədirbəyova küçəsi və Niyazi küçəsi istiqamətlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixdə səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 09 Oktyabr 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















