Bakı təhlükəsiz şəhərdir Eldar Əzizov
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb".
Redaktor.az "Trend"ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.
"Maraqlı məqam ondan ibarətdir ki, son 20 ildə şəhərə 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir", - deyə E.Əzizov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Bakı bir çox istiqamətlər üzrə intensiv inkişafını davam etdirir və yeni inkişaf standartlarına hazırlaşır. E.Əzizov qeyd edib ki, bu gün Bakı aqlomerasiya ilə birlikdə üç milyondan çox sakini əhatə edir. Onun sözlərinə görə, şəhərdə Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionu və "Alov Qüllələri" də daxil olmaqla, müasir memarlığın yeni nümunələri yaradılıb.
E.Əzizov vurğulayıb ki, Bakı təkcə inkişaf edən meqapolis deyil, həm də şəhər infrastrukturuna investisiya yatırımları üçün platformadır.
"Ən əsası isə - şəhər təhlükəsizdir. Üstəlik, təhlükəsizlik yalnız küçələrdə asayiş, təmizlik və hüquq-mühafizə sisteminin səmərəli fəaliyyəti ilə təmin olunmur. Bakı, həmçinin şəhər infrastrukturuna investisiya yatırımları üçün təhlükəsiz şəhərdir", - deyə o bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Özbəkistan biznes nümayəndələrini Azərbaycanın paytaxtında birgə layihələrin həyata keçirilməsinə dəvət edib.
"Şəhərimizdə, şəhər meydançalarımızda əməkdaşlığa dəvət edirik", - deyə E.Əzizov vurğulayıb.
Baxış sayı:123
Bu xəbər 22 Avqust 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















