Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bakı Təhlükəsizlik Forumu: qlobal xarakterli təhdidlərlə birgə mübarizə platforması

Bakı Təhlükəsizlik Forumu: qlobal xarakterli təhdidlərlə birgə mübarizə platforması

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev: Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.

Dünya insan cəmiyyətlərindən ibarət ölkələrdən ibarətdir. Deməli, dünyanın əsas sütunu insandırsa, onun təfəkkürünün məhsulu olan kəşflər, araşdırmalar, tapıntılar kimi, elə bu təfəkkürlərin “məhsulu” olan xoşagəlməyən hadisələr də baş verəcək. Məsələn, insan tamahı səbəbindən yaranan müharibələr, terror hadisələri, “bizneslər”, hegemonluq iddiasının yaratdığı hallar, ümumilikdə dünyanı narahat edən digər problemlər və sair kimi. Xeyirlə şərin dünya yaranandan yanaşı addımlaması fonunda şər qüvvələrin insan cəmiyyətlərinə və onları əhatə edən ətraf mühitə vurduğu ziyan təbii ki, dövlətləri birləşməyə, qlobal təhdidlərə qarşı birlikdə mübarizə aparmağa səsləyir.

Bakı Təhlükəsizlik Forumu dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin təmsil olunduğu, beynəlxalq təhlükəsizlik məsələlərinin geniş müzakirə edildiyi, qlobal təhlükəsizlik mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektiv mübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfi təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması və səylərin birləşdirilməsi üçün qarşılıqlı fikir mübadilələrinin edildiyi beynəlxalq təhlükəsizlik tədbiridir. Və artıq 3-cü ildir ki, Bakıda keçirilir.

Belə tədbirlər Azərbaycanın Cənubi Qafqazda liderliyini möhkəmləndirir

Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq aləmdə aktual olan məsələlərə dair tədbirlərin ölkəmizdə təşkil olunmasına daim siyasi dəstək verir. Tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Bakı Təhlükəsizlik Forumu da belə tədbirlərdən biridir.

Ölkəmiz beynəlxalq və regional müstəvilərdə daim sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində təşəbbüslərlə çıxış etdiyi üçün qlobal təhdidlərə qarşı birgə fəaliyyətin təşviqi məqsədilə beynəlxalq təhlükəsizliyin qorunub saxlanılmasında misilsiz rol oynayan kəşfiyyat və təhlükəsizlik orqanlarını vahid platformada cəmləşdirməyi məqsədəuyğun hesab etmişdir. Beləliklə, konstruktiv dialoq, qarşılıqlı anlayış və faydalı əməkdaşlıq prinsiplərinə söykənən Bakı Təhlükəsizlik Forumu təsis olunmuşdur.

Beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətini koordinasiyalı şəkildə təmin etməyə imkan yaradan bu Forum həm də ümumi maraq kəsb edən məsələlər ətrafında ölkələrin təhlükəsizlik strukturlarının müzakirə aparmaları üçün önəmli platformadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Təşkilat Komitəsinin və onun Katibliyinin yaradılması ötənilki forumda iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəklənib. Bu, əlbəttə, Azərbaycanın Cənubi Qafqazda lider rolunu daha da möhkəmləndirən bir addımdır.

Ötən il Bakı Təhlükəsizlik Forumunun həm də COP29 ərəfəsində keçirilməsi heç də təsadüfi deyildi. Bu iki böyük tədbirin Bakıda keçirilməsi həm də elə Bakıdan dünyaya bir çağırış idi. Söz yox ki, COP29-da müzakirə olunan məsələlərdə qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb olan terror-təxribat aktları yetərli qədər idi. Bu baxımdan hər iki tədbir birgə səylərin daha da gücləndirilməsini və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyini dünya qarşısında bəyan etdi.

Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir

Qeyd edək ki, 2023-cü ildə Bakı Təhlükəsizlik Forumu “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə”, 2024-cü ildə isə “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda təşkil olunmuşdur.

Artıq üçüncü dəfə keçirilən Forum isə “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusuna həsr olunub.

Prezident İlham Əliyev Bakı Təhlükəsizlik Forumunun üçüncü iclasının açılışı münasibətilə göndərdiyi məktubda iştirakçıların hər birini səmimi-qəlbdən salamlayıb, təbrik edib. Və qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Dövlətimizin başçısı qeyd edir ki, dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur. Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Və bu baxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrilməsini görməkdən məmnunluq duyduğunu qeyd edir.

Yalnız dialoq və tərəfdaşlıq yolu ilə

Bu bir həqiqətdir ki, dialoq və qarşılıqlı anlaşma olmadan hər hansı nailiyyətin əldə olunması qeyri-mümkündür. Hələ üstəlik insan cəmiyyətinin üz-üzə qaldığı problem qlobal xarakterlidirsə və bu, birgə həll olunmalıdırsa, əlbəttə, dialoq və fikir mübadiləsi vacibdir.

Dövlətimizin başçısı forum iştirakçılarına ünvanlandığı məktubda bu məsələyə münasibətini dəyərli fikirləri belə ifadə edib: Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir.

30 il müharibə şəraitində yaşayan, dünyanın bir çox ölkələri tərəfindən haqq səsi eşidilməyən, dinlənilməyən, çoxsaylı haqsızlığa məruz qalan, əlbəttə ki, təhlükəsizlik forumunda müzakirə edilən problemlərin bir xeyli hissəsi ilə qarşılaşan xalq olaraq daim ədalətin, sülhün, əmin-amanlığın tərəfindəyik. Elə sözsüz, dövlətimizin başçısının Bakı Təhlükəsizlik Forumunun Bakıda keçirilməsi təşəbbüsü də dövlət və xalqımızın bütün dünya üçün arzuladığı sülhdən, sabitlikdən irəli gəlir.

III Bakı Təhlükəsizlik Forumu iştirakçılarına ünvanladığı məktubda dövlətimizin başçısı Vaşinqtonda sülh sazişinin imzalanmasını vurğulayaraq deyir: Bildiyiniz kimi, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-ın şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalanmışdır. Beləliklə, ölkələrimiz arasında uzun müddət davam edən münaqişəyə son qoyulması və sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılmışdır. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır.

Beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində xüsusi xidmət orqanlarının birgə fəaliyyət göstərməsi həlledici rola malikdir. Əminəm ki, bugünkü müzakirələr səmərəli olacaq və konfransda səsləndiriləcək təhlillər və tövsiyələr daha təhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələr verəcəkdir.

Yeni təşəbbülər yeni xilas yolu olacaq

III Bakı Təhlükəsizlik Forumunda ümumi razılıq əsasında Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsinin və ondan irəli gələn təşəbbüslərin qəbul olunması nəzərdə tutulur. Bütün bunlar Forumun təsisatlanması istiqamətində atılmış mühüm addımlardır.

Dövlətimizin başçısı Azərbaycanın Təşkilat Komitəsinin işinin koordinasiyası funksiyasını öz üzərinə götürərək Bakı Təhlükəsizlik Forumuna öz dəstəyini verməyə davam edəcəyini də qeyd edib. Bu isə o deməkdir ki, yeni təşəbbüslərə dəstək olan ölkəmiz dünya ölkələrinin təhlükəsiz, əmin-amanlıq, sülh şəraitində yaşamasını arzulayır və bunun reallaşması naminə nə gərəkdirsə, edir. Çünki əmin-amanlıq varsa, sağlam insan cəmiyyəti var. Sağlam insan cəmiyyəti varsa, sağlam gələcək var. Bu isə yeni-yeni əməkdaşlığa, birgə fəaliyyətə aparan yoldur.

Bakıda-Bakı Təhlükəsizlik Forumu bax, elə bunlara xidmət edir.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri