Icma.az
close
up
RU
Bakı Tekstil Fabriki MMC yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılıb

Bakı Tekstil Fabriki MMC yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılıb

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;

- obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb;

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

- təxliyə planı mövcud deyil;

- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb;

- obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub;

- istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb;

- anbar sahəsində mallar "Yanğın Təhlükəsizliyi Qaydaları"nın tələblərinə uyğun yığılmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- obyektin tikinti və lahiyə sənədləri yanğın təhlükəsizliyinə əməl olunması baxımından DYNX ilə razılaşdırılmayıb;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Mart 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see245

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see235

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see140

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see138

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see130

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see122

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see119

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see118

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see118

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see117

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see117

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see114

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see113

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see113

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see110

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see110

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see110

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see109

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see109

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri