Bakı Təşəbbüs Qrupu Dünya Yerli Xalqlar Günü münasibətilə paylaşım edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bakı Təşəbbüs Qrupu (BTQ) 9 Avqust – Dünya Yerli Xalqlar Günü münasibətilə paylaşım edib.
APA xəbər verir ki, təşkilatın açıqlamasında dünyanın müxtəlif bölgələrində yaşayan yerli xalqların mədəniyyətinə, kimliyinə və hüquqlarına diqqət çəkilib.
BTQ Kanakidə (Yeni Kaledoniya) yaşayan kanaklar, Maohi Nuidə (Fransız Polineziyası) yaşayan maohilər, Qvadelupa və Martinikdəki kalinaqo və digər yerli xalqlar, həmçinin Fransız Qvianasındakı Kali'na, Wayana, Wayampi, Teko, Lokono və Palikur xalqları ilə həmrəylik ifadə edib. Sen-Marten, Bonayre və Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan digər ərazilərdəki yerli icmalar da qeyd olunub.
“Onların dilləri, mədəniyyətləri və əcdadlarından qalan torpaqları hörmətə, qorunmağa və ədalətə layiq canlı irsdir”, – paylaşımda bildirilib.
Bakı Təşəbbüs Qrupu yerli xalqların hüquqlarının, ləyaqətinin və öz müqəddəratını təyinetmə hüququnun müdafiəsinə sadiqliyini bir daha bəyan edib və bunu qlobal dekolonizasiya gündəliyinin tərkib hissəsi kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 09 Avqust 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















