Icma.az
close
up
RU
Bakı üçün kritik gediş Brüssel oxu nə vəd edir?

Bakı üçün kritik gediş Brüssel oxu nə vəd edir?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin yenidən qurulması mürəkkəb və həssas bir geosiyasi mərhələyə təsadüf edir. Bakı–Moskva xəttində müşahidə olunan gərginlik fonunda Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında mümkün yaxınlaşmanın regiona nə vəd etdiyi maraq doğurur.

Bu proses Azərbaycan üçün hansı nəticələrə səbəb ola bilər? Avropanın da narahatlıqla izlədiyi bu gəlişmələr fonunda ölkəmiz hansı risklərlə və ya yeni imkanlarla üzləşə bilər?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, Azərbaycan–Avropa İttifaqı (Aİ) münasibətlərində “yenidən yüklənmə” prosesi məhz rəsmi Brüsselin təşəbbüsü ilə baş verir:

“Hazırda bu prosesin ilkin mərhələsindəyik. Aİ-nin son illər Cənubi Qafqazda həyata keçirdiyi siyasət, demək olar ki, tamamilə iflasa uğradı. Azərbaycanı proseslərin kənarında qoyan, bölgədə ayırıcı xətlərə əsaslanan strategiya heç bir real nəticə vermədi. Əvəzində, Azərbaycanın irəli sürdüyü ikitərəfli əməkdaşlıq modeli və onu tamamlayan çoxtərəfli əməkdaşlıq formatları daha effektiv oldu və özünü doğrultdu. Hazırda rəsmi Bakı Aİ-nin 8 üzv dövlətinə təbii qaz ixrac edir. Ümumilikdə isə Azərbaycan 10 ölkəyə qaz ixrac edən mühüm enerji təchizatçısıdır.

Bununla yanaşı, ölkəmiz Aİ-nin enerji təhlükəsizliyinin təminində, eləcə də Aİ ilə Orta Asiya arasında etibarlı və təhlükəsiz nəqliyyat dəhlizlərinin formalaşdırılmasında, ticarət əlaqələrinin qurulmasında əsas tərəfdaş, strateji aktora çevrilib. Bu ölkələr üçün Azərbaycanın geosiyasi və iqtisadi dəyəri nəzərəçarpacaq dərəcədə artıb. Məhz bu səbəbdən Aİ rəsmi Bakı ilə əməkdaşlığı genişləndirməyə və tərəfdaşlığı yeniləməyə ehtiyac duyur. Bu ehtiyac qarşılıqlıdır.

Aİ Azərbaycanın ixracında birinci, idxalında isə ikinci əsas ticarət tərəfdaşıdır. Bakı da öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır”.

Zaur İbrahimli

Zaur İbrahimlinin fikrincə, Vaşinqtonun Ukrayna siyasətinə düzəliş etməsi, Aİ ilə münasibətlərinə yenidən baxması və Rusiya ilə mümkün əməkdaşlıq yollarını araşdırması həm Aİ, həm də Cənubi Qafqaz ölkələri üçün yeni siyasi və təhlükəsizlik çağırışları yaradır:

“ABŞ-ın Rusiya siyasətinin necə təkamül edəcəyini indidən proqnozlaşdırmaq çətindir. Eyni zamanda, Rusiyanın da Vaşinqtonun dəyişən siyasəti fonunda öz qonşularına və region ölkələrinə necə yanaşacağı qeyri-müəyyəndir. Moskva hazırda xarici siyasətdə aqressiv mövqeyi ilə seçilir. Əgər ABŞ-ın yeni siyasəti nəticəsində Rusiyanın mövqeyi güclənərsə, bu, həm region ölkələrini, həm də Aİ-ni əlavə təhlükəsizlik zəmanətləri axtarmağa vadar edəcək. Təhlükəsizliklə bağlı narahatlıqların artması, təbii olaraq, yeni əməkdaşlıq formatlarının aktuallığını artırır.

Bu baxımdan Aİ ilə Azərbaycanın, eləcə də Orta Asiya ölkələrinin birgə əməkdaşlığı təhlükəsizlik baxımından yeni alternativlər və zəmanətlər formalaşdıra bilər. Güclənən əməkdaşlıq güclənən risklərə qarşı ən uyğun cavabdır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 May 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri