Bakı üzrə aylıq kirayə haqqı neçə manat təşkil edir?
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı şəhərində median aylıq kirayə haqqı 927 manatdır
Bakı şəhərində təklif edilən median aylıq kirayə haqqı 927 manat təşkil edir.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilib.
Sənədə əsasən, bu göstərici daşınmaz əmlakın kapitalizasiya müddətinin 19,5 il olmasına səbəb olur.
Hesabatda həmçinin bildirilir ki, Bakı şəhəri üzrə orta mənzil qiymətlərinin orta aylıq nominal əmək haqqına nisbəti 189 ay və ya 15,7 il təşkil edir.
AMB qeyd edir ki, 2023-cü ilin sonu ilə müqayisədə Azərbaycanda mənzil qiymətləri artsa da, bu artım bəzi bençmark ölkələrlə müqayisədə daha aşağı tempdə qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə mənzil bazarında qiymətlər ötən ilin sonu ilə müqayisədə 9,9 % artıb. Bu artım Qazaxıstan və Özbəkistanla müqayisədə daha yüksək, Türkiyə, Gürcüstan və digər ölkələrlə müqayisədə isə daha aşağı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 16 Aprel 2025 06:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















