Icma.az
close
up
RU
Bakı Vaşinqton: 1 ildə əsrə bərabər yaxınlaşma

Bakı Vaşinqton: 1 ildə əsrə bərabər yaxınlaşma

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Sentyabrın 8-də Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla ölkəmizdə səfərdə olan ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Allenin görüşü diqqətçəkən məqamlarla yadda qaldı. Görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon da iştirak edib.

Tərəflərin müzakirə etdiyi məsələlərə nəzər saldıqda, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi kimi mövzular diqqəti çəkir. Amma görüşün gündəliyi bununla məhdudlaşmayıb. Azərbaycan–ABŞ ikitərəfli gündəliyi və Strateji Tərəfdaşlıq Xartiyasında əks olunan istiqamətlər üzrə gələcək əməkdaşlığın perspektivlərinin də müzakirə edilməsi görüşün daha geniş siyasi məzmun daşıdığını göstərir.

Əslində, son dövrlər Bakı ilə Vaşinqton arasında təmaslara yalnız Cənubi Qafqazdakı proseslər kontekstində baxmaq kifayət deyil. Azərbaycan ABŞ ilə münasibətlərini regional məsələlərdən kənarda da inkişaf etdirmək, ikitərəfli əlaqələri daha geniş və sistemli əməkdaşlıq çərçivəsinə keçirməkdə maraqlıdır. Strateji Tərəfdaşlıq Xartiyasının gündəmə gəlməsi də məhz bu baxımdan əhəmiyyətlidir.

Xartiyanın əsas əhəmiyyəti ondan ibarətdir ki, o, iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərinin daha aydın şəkildə müəyyənləşdirilməsi üçün siyasi çərçivə yaradır. Təbii ki, hər hansı sənədin əhəmiyyəti yalnız onun imzalanması ilə ölçülmür.

Bakı üçün ABŞ ilə münasibətlərdə siyasi dialoq nə qədər vacibdirsə, iqtisadi və praktiki əməkdaşlığın genişləndirilməsi bir o qədər önəmlidir. Azərbaycanın Avropanın enerji təminatına verdiyi töhfə, Şərq–Qərb nəqliyyat bağlantılarında artan əhəmiyyəti və regional iqtisadi layihələrdə iştirakı ilə ABŞ üçün də strateji maraq yaradır. Bu reallıq iki ölkə arasında əməkdaşlığın yalnız siyasi bəyanatlar səviyyəsində deyil, qarşılıqlı iqtisadi maraqlar əsasında inkişaf etdirilməsinə imkanlar yaradır.

Enerji məsələsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın uzun illər ərzində formalaşdırdığı enerji infrastrukturu və ixrac marşrutları ölkəni Avropanın enerji xəritəsində mühüm tərəfdaşlardan birinə çevirib. Nəqliyyat və regional bağlantılar da eyni dərəcədə vacib istiqamətlərdən sayılır. Bu kontekstdə görüşdə TRIPP-in icrası ilə bağlı məsələnin müzakirəsi diqqət çəkir. Layihə Azərbaycanın regional tranzit imkanları ilə yanaşı, regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsi üçün də yeni perspektivlər açır.

TRIPP-in daha geniş Trans-Xəzər və Şərq-Qərb nəqliyyat şəbəkələrinə inteqrasiyası Azərbaycanın logistika mərkəzi kimi mövqeyini gücləndirməklə yanaşı, region ölkələri arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsinə şərait yaradır.

Xüsusilə, Azərbaycan və Ermənistan arasında nəqliyyat bağlantılarının inkişafı qarşılıqlı iqtisadi asılılığı artıraraq tərəflər arasında etimadın möhkəmlənməsinə, birgə maraqların formalaşmasına və uzunmüddətli, dayanıqlı sülhün iqtisadi əsaslarının güclənməsinə töhfə verir. Bu mənada, layihə təkcə nəqliyyat və logistika təşəbbüsü deyil, həm də regionda qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq və sülh gündəliyinin mühüm elementlərindən biridir.

Sentyabrın 8-də keçirilən görüşdə TRIPP İnkişaf Şirkətinin yaradılması məsələsinin də müzakirə olunması layihənin artıq siyasi müzakirədən praktiki icra mərhələsinə keçdiyini göstərən mühüm detaldır. Qarşıdakı əsas məsələ maliyyələşmə, tikinti, idarəetmə, təhlükəsizlik və sərhəd prosedurları üzrə mexanizmlərin formalaşdırılmasıdır. Bu mərhələnin uğuru layihənin real iqtisadi nəticələrini müəyyən edəcək.

TRIPP eyni zamanda Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının yaratdığı daha geniş əməkdaşlıq çərçivəsi ilə də uzlaşır. Xartiyada enerji, nəqliyyat, investisiya, ticarət, rəqəmsal inkişaf və yeni texnologiyalar prioritet istiqamətlər kimi önə çəkilir. Bu baxımdan TRIPP iki ölkənin regional və iqtisadi maraqlarının kəsişdiyi praktiki platformalardan birinə çevrilə bilər. ABŞ şirkətləri və investorlarının bu proseslərə cəlb olunması isə Azərbaycana əlavə kapital, texnologiya və yeni biznes imkanları qazandıracaq.

Bu mənada, sentyabrın 8-dəki görüşün əsas əhəmiyyəti siyasi razılaşmaların konkret əməkdaşlıq layihələrinə çevrilmə perspektividir. TRIPP-i yalnız nəqliyyat marşrutu kimi qiymətləndirmək olmaz. Layihənin reallaşması Azərbaycanın tranzit və logistika imkanlarını gücləndirməklə yanaşı, regional iqtisadi əlaqələri genişləndirə, ABŞ-ın Cənubi Qafqazdakı iqtisadi iştirakını artıra və Azərbaycan–Ermənistan arasında əldə olunacaq sülhün davamlılığı üçün əlavə iqtisadi zəmin yarada bilər.

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının real əhəmiyyəti məhz bundan sonra müəyyənləşdirilən istiqamətlərin konkret layihələrə və nəticələrə çevrilməsi ilə ölçüləcək.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

TRIPP marşrutunun açılması 3 ölkə – Azərbaycan, Ermənistan və ABŞ arasındakı münasibətlər kontekstində mühüm əhəmiyyət daşıyır. Bu, təkcə nəqliyyat layihəsi deyil, eyni zamanda, regional təhlükəsizliyin möhkəmləndirilməsinə və bölgədə sülhün bərqərar olmasına xidmət edə biləcək mühüm təşəbbüsdür. Layihənin həyata keçirilməsi üçün, təbii ki, hər üç tərəfdən konkret addımlar və səylər tələb olunur.

Görünən odur ki, ABŞ bu layihənin mümkün qədər tez reallaşmasında maraqlıdır. ABŞ rəsmilərinin Azərbaycana səfərləri və bu məsələni Bakıda müzakirə etmələri Vaşinqtonun prosesə xüsusi diqqət ayırdığını göstərir. Bu, həmçinin onu deməyə əsas verir ki, Prezident Donald Trampın administrasiyası marşrutun reallaşması ilə bağlı məsələlərin həlli istiqamətində lazımi addımlar atır. ABŞ rəsmilərinin irəli sürdüyü təkliflərin və aparılan müzakirələrin TRIPP-in daha sürətli şəkildə həyata keçirilməsinə töhfə verə biləcəyini düşünürəm.

Azərbaycan tərəfindən layihənin reallaşması üçün zəruri addımlar atılır. Biz dəfələrlə bəyan etmişik ki, TRIPP-in açılması üçün Azərbaycan öz üzərinə düşən işləri görüb və marşrutun fəaliyyətə başlamasına faktiki olaraq hazırdır. Bu baxımdan, növbəti mərhələdə prosesin əhəmiyyətli hissəsi Ermənistanın üzərinə düşür. Marşrutun Ermənistan ərazisindən keçən hissəsinin reallaşdırılması üçün İrəvanın konkret və ardıcıl addımlar atması vacibdir.

Düşünürəm ki, sentyabrın 8-də Bakıda keçirilən görüşə yalnız növbəti diplomatik təmas kimi baxmaq düzgün olmazdı. Görüşün gündəliyi Azərbaycan–ABŞ münasibətlərində daha geniş və praktik mərhələnin formalaşdığını göstərir. Regional sülh, TRIPP, enerji, nəqliyyat, investisiya, rəqəmsal inkişaf və Strateji Tərəfdaşlıq Xartiyası bir-birindən ayrı məsələlər deyil, gələcək Azərbaycan–ABŞ əməkdaşlığının bir-birini tamamlayan istiqamətləridir.

İndi əsas məsələ əldə olunan siyasi razılaşmaların konkret nəticələrə çevrilməsidir. Xartiyada müəyyənləşdirilən istiqamətlər üzrə real layihələrin həyata keçirilməsi, TRIPP-in icrası ilə bağlı praktiki məsələlərin həlli və Azərbaycan–ABŞ biznes əlaqələrinin genişləndirilməsi iki ölkə arasındakı münasibətləri daha praktik və dərin strateji tərəfdaşlıq mərhələsinə çıxara bilər. Bu mərhələnin əsas göstəricisi isə imzalanan sənədlərin sayı deyil, onların Azərbaycan və bütövlükdə region üçün yaratdığı real iqtisadi və strateji nəticələr olacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see651

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see579

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see397

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see271

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see270

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see268

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see267

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see262

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see251

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see250

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see246

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see244

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see241

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see230

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see221

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see215

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see210

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see209

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see206

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri