Icma.az
close
up
RU
Azərbaycan Paris sammitinə niyə dəvət edilməyib?

Azərbaycan Paris sammitinə niyə dəvət edilməyib?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Makronun Bakıya qarşı növbəti qərəzi... 

Fransa prezidenti Emmanuel Makronun sentyabrın 9-10-da Parisdə keçirdiyi Beynəlxalq Kosmik Sammitə Cənubi Qafqazdan Azərbaycanı dəvət etməməsi diqqətdən kənarda qala bilməz. Söhbət yalnız kosmik əməkdaşlıqdan getmir. Belə genişmiqyaslı beynəlxalq tədbirdə regionun əsas dövlətlərindən birinin iştirak etməməsi siyasi suallar doğurur.

Azərbaycanın kosmik sahədə öz peyk proqramları və infrastrukturu var. Buna görə Bakının sammitdən kənarda qalmasını yalnız texniki və təşkilati səbəblərlə izah etmək inandırıcı görünmür. Xüsusilə də Fransa son illərdə Ermənistanla münasibətlərini sürətlə inkişaf etdirir və Cənubi Qafqazda daha fəal siyasi mövqe tutur.
Bu baxımdan Makronun son qərarı Parisin Azərbaycana münasibətində qərəzli yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Fransa özünü regionda balanslı və ədalətli tərəfdaş kimi təqdim etmək istəyirsə, bu cür addımlar həmin iddianı daha da sual altına salır. Azərbaycan üçün isə əsas məsələ Fransanın hansı tədbirinə dəvət olunub-olunmamaqdan daha böyükdür. Məsələ Parisin Cənubi Qafqazda tərəflərə münasibətdə nə qədər obyektiv davrandığıdır. Makronun siyasəti bu baxımdan Bakıda haqlı olaraq əlavə suallar yaradır.
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirib ki, Makronun təşəbbüsü ilə sentyabrın 9-10-da Parisdə keçirilən Beynəlxalq Kosmik Sammit sırf texniki tədbir deyil: “Sammit kosmik sahədə Avropanın strateji muxtariyyətinin gücləndirilməsi və gələcək kosmik siyasətinin formalaşdırılması kimi mühüm siyasi-strateji hədəflərə xidmət edir. Bu baxımdan tədbir Güney Qafqaz üçün də diqqət çəkir. Makronun dəvəti ilə 120-yə yaxın xarici nümayəndə heyətinin qatıldığı sammitdə Ermənistan və Gürcüstanın baş nazirləri iştirak edir, Azərbaycan isə təmsil olunmur. Bunu adi protokol məsələsi saymaq çətindir. Azərbaycanı kosmik fəaliyyəti olmayan dövlət kimi kənarda qoymaq mümkün deyil. Əksinə, Güney Qafqazda kosmik imkanlarına görə Azərbaycan Ermənistan və Gürcüstanla müqayisədə əhəmiyyətli üstünlüyə malikdir.

Azərbaycanın bu sahədə ayrıca institusional qurumu-Azərkosmos, kosmik infrastrukturu, peyk proqramı və beynəlxalq əməkdaşlıq təcrübəsi var. Ölkə 2030-cu ilədək kosmik fəaliyyətin inkişaf perspektivlərini, məqsəd və prioritetlərini müəyyən edən Kosmik Strategiyanı qəbul edib və həyata keçirir. Strategiyanın əsas hədəflərindən biri Azərbaycanın sosial-iqtisadi inkişafını dəstəkləyən dayanıqlı milli kosmik proqramın formalaşdırılmasıdır. BMT-nin 2026-cı il sənədlərində də Azərkosmos Azərbaycanın kosmosla bağlı beynəlxalq qurumlardakı rəsmi nümayəndəsi kimi göstərilir, ölkənin peyk istehsalı istiqamətində fəaliyyətə başladığı qeyd olunur. Başqa sözlə, Azərbaycan artıq kosmik sənayedə müəyyən təcrübə və potensiala malik dövlətdir. Buna görə də belə bir ölkənin qlobal kosmik forumda təmsil olunmaması, Cənubi Qafqazın digər iki dövlətinin hökumət başçılarının isə Parisdə olması haqlı suallar doğurur. Bu suallar Ermənistanın sammitdə təmsilçilik səviyyəsi fonunda daha da aktuallaşır. Nikol Paşinyan təkcə sammitə qatılmayıb, Paris səfəri çərçivəsində Emmanuel Makronla ayrıca görüş də keçirib. Tərəflər digər məsələlərlə yanaşı, Fransa-Ermənistan kosmik əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bütün bunlar Parisin son illərdə Ermənistanla siyasi, hərbi və texnoloji əməkdaşlığı ardıcıl şəkildə dərinləşdirməsi fonunda baş verir”.

Siyasi şərhçi onu da xüsusi olaraq vurğulayıb ki, sammitə Azərbaycanın dəvət olunmaması özü-özlüyündə izah tələb edən siyasi faktdır: “Bunu sadəcə təşkilati seçim kimi qiymətləndirmək mümkün deyil. Sammitə dəvət və iştirak məsələsinin özünun siyasi məna daşıdığı aydın görünür. 120-yə yaxın xarici nümayəndə heyətinin dəvət edildiyi tədbirdən regionun ən böyük dövləti və real kosmik imkanlara malik Azərbaycanın kənarda saxlanılması Makron administrasiyasının Bakıya münasibətdə siyasi seçimi kimi qiymətləndirilməlidir. Xüsusilə, Ermənistan və Gürcüstan baş nazirlərinin iştirak etdiyi sammitdə Azərbaycanın təmsil olunmamasının siyasi məna daşıdığı aydın görünür. Regionun ən böyük dövləti və real kosmik imkanlara malik Azərbaycanın belə bir platformadan kənarda saxlanılması Makron administrasiyasının Bakıya münasibətdə siyasi qərəzi kimi qəbul edilməlidir. Əslində məsələ Azərbaycanın Parisdə keçirilən bir tədbirdə iştirak edib-etməməsindən daha böyükdür. Prinsipial məsələ Fransanın Güney Qafqaz dövlətlərinə münasibətdə hansı meyarları rəhbər tutmasıdır. Paris son illərdə Ermənistanla siyasi, hərbi və texnoloji əməkdaşlığını genişləndirir, Bakı ilə münasibətlərində isə davamlı gərginlik yaşanır. Buna görə Azərbaycanın Paris sammitində görünməməsini Fransa-Azərbaycan münasibətlərinin ümumi siyasi kontekstindən təcrid etmək çətindir.

Makron administrasiyasının Ermənistanla nümayişkaranə yaxınlaşması fonunda Bakının belə beynəlxalq platformalarda görünməməsi Fransanın Güney Qafqazda obyektiv və balanslı siyasət yürütmək qabiliyyətində olmadığını bir daha təsdiq edir. Bu məsələ Makron administrasiyasının Azərbaycana münasibətdə son illərdə atdığı addımlar kontekstində daha da aktuallaşır. Fransa Güney Qafqazda balanslı siyasət yürütmək iddiasındadırsa, ilk növbədə bu balansı öz davranışında nümayiş etdirməlidir. Ermənistan və Gürcüstanın hökumət başçılarının dəvət olunduğu qlobal platformada Azərbaycanın yoxluğu isə balansdan daha çox qərəzli siyasi seçim təəssüratı yaradır. Makron administrasiyasının son illərdə Bakıya münasibətdə atdığı addımlar fonunda Paris sammiti də həmin siyasətin növbəti epizodu kimi görünür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri