Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Bakı və Abşeronda su təchizatı sistemi köklü şəkildə yenilənəcək ŞƏRH

Bakı və Abşeronda su təchizatı sistemi köklü şəkildə yenilənəcək ŞƏRH

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi, paytaxt Bakı və Abşeron yarımadasının sosial-iqtisadi inkişafının davamlı əsaslar üzərində qurulması baxımından yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə mühüm əhəmiyyət daşıyır. Müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının əsas konturları müəyyənləşdirilib. Uzunmüddətli və kompleks yanaşmanı ehtiva edən bu sənəd urbanizasiya proseslərinin düzgün idarə olunmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müşavirədə qaldırdığı bir sıra vacib məsələlər sırasında paytaxt Bakı və Abşeron yarımadasında uzun illərdir yığılıb qalmış içməli su problemləri xüsusi aktuallığı ilə seçilir:

“Bu problemlər zaman-zaman müxtəlif tədbirlərlə aradan qaldırılmağa çalışılsa da, artan əhali sayı, intensiv şəhərsalma prosesi və mövcud infrastrukturun köhnəlməsi məsələnin daha sistemli yanaşma tələb etdiyini göstərir. Məhz bu reallıqlar fonunda dövlətimizin başçısının məsələni strateji müstəvidə gündəmə gətirməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün artıq aydın görünür ki, Bakı şəhəri, onun qəsəbələri, Sumqayıt şəhəri və Abşeron rayonunu əhatə edən vahid, genişmiqyaslı və əhatəli dövlət proqramının qəbulu zəruri xarakter alıb. Belə bir proqram region üzrə su təchizatının bütövlükdə yenidən qurulmasını, mövcud çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılmasını və gələcək onilliklər üçün dayanıqlı su təminatının yaradılmasını hədəfləməlidir. Bu yanaşma yalnız əhalinin gündəlik həyatına birbaşa təsir edən problemlərin həllinə xidmət etmir, həm də paytaxt regionunun sosial-iqtisadi inkişafının davamlı əsaslar üzərində qurulmasına imkan verir. Dövlət proqramı çərçivəsində həm mövcud su şəbəkələrinin modernləşdirilməsi, həm də yeni infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulur ki, bu da regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

S.Salmanova bildirib ki, Dövlət Proqramının icrası nəticəsində paytaxt Bakı və Abşeron yarımadasında su təchizatı sahəsində tarixi əhəmiyyətli infrastruktur layihələri həyata keçiriləcək:

“Belə ki, proqram çərçivəsində tikiləcək yeni su anbarlarının sayı 30-a yaxın olacaq ki, bu da region üçün çox böyük, strateji əhəmiyyət daşıyan investisiyalardır. Hər bir anbar gələcək illərdə əhalinin fasiləsiz və keyfiyyətli içməli suya çıxışını təmin edəcək və su ehtiyatlarının daha səmərəli idarə olunmasına imkan yaradacaq. Layihə çərçivəsində sayğaclaşdırma sistemi də tam olaraq 100 faizə çatdırılacaq. Bu, həm əhalinin, həm də müəssisələrin istifadə etdiyi suyun dəqiq hesablanmasına, itkilərin qarşısının alınmasına və su resurslarının daha səmərəli istifadəsinə şərait yaradacaq. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhali təxminən 70 faiz təşkil edir. Dövlət Proqramının icrası nəticəsində bu göstərici 95 faizə yüksələcək ki, bu da əhalinin böyük əksəriyyətinin fasiləsiz və etibarlı su ilə təmin olunması deməkdir”.

Parlamentari onu da qeyd edib ki, Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatı sistemlərinin genişmiqyaslı yenidən qurulması da planlaşdırılır:

“Təxminən 200 kilometrdən çox magistral kanal və eyni qədər paylayıcı şəbəkə yenidən qurulacaq və modernləşdiriləcək. Bu, regionda su təminatının müasir standartlara uyğunlaşdırılmasını, şəhər və qəsəbələrdə əhalinin gündəlik həyatının asanlaşdırılmasını təmin edəcək. Dövlət Proqramı yalnız infrastrukturun yenilənməsini əhatə etmir. O, həm də əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, şəhər və qəsəbələrdə sosial-iqtisadi inkişafın davamlı əsaslar üzərində qurulmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Uzunmüddətli perspektivdə bu layihələr, həmçinin urbanizasiya proseslərinin daha səmərəli idarə olunmasına, su ehtiyatlarının qorunmasına və regionun dayanıqlı inkişafına təkan verəcək”.

O söyləyib ki, paytaxt Bakıda leysan yağışları yağan kimi şəhərdə həyat demək olar ki, dayanır:

“Küçələrdə nəqliyyat hərəkəti iflic olur, insanlar işinə gecikir, gündəlik iş və fəaliyyət planları pozulur. Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət çəkib və bildirib ki, “bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun”. Hazırda kanalizasiya xidməti yalnız əhalinin yarısına çatır, lakin Proqramın icrası ilə bu göstərici 95 faizə yüksələcək. Bundan başqa, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq. Bu isə şəhərin əksər hissəsində yağış sularının effektiv idarə olunmasını təmin edəcək və eyni zamanda gündəlik həyatın rahatlaşmasına xidmət edəcək, daşqınların qarşısını alacaq və nəqliyyatın fasiləsiz hərəkətinə imkan yaradacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:304
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Yanvar 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri