Icma.az
close
up
RU
Bakı və İrəvan Rusiyanın ən çox qorxduğu addımı atacaqmı? Həyəcanlı gözlənti

Bakı və İrəvan Rusiyanın ən çox qorxduğu addımı atacaqmı? Həyəcanlı gözlənti

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda baş verən son geosiyasi proseslər regionun gələcək təhlükəsizlik arxitekturasına dair mühüm suallar doğurur. Xüsusilə Azərbaycan, Ermənistan və ABŞ arasında üçtərəfli görüşdən sonra Qafqazda Vaşinqtonun rolunun artması ilə bağlı geniş müzakirələr gedir. Bu kontekstdə səslənən ən diqqətçəkən tezislərdən biri də budur: Azərbaycan və Ermənistanın ABŞ-la hərbi-siyasi yaxınlaşması gələcəkdə NATO-ya inteqrasiyasına yol aça bilərmi? Hətta daim təxribatçı açıqlamaları ilə gündəmə gələn və Rusiyanın düşmənçilik mövqeyini ortaya qoyan Vladimir Solovyov da gələcəkdə Xəzərdə NATO-nun hansısa bazasının olması ehtimalı haqda absurd fikir səsləndirib

Bu qəbildən iddialar nə dərəcədə reallığa uyğundur?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi gedir, müharibə vəziyyəti sıfırlanıb:

“ABŞ hər iki ölkə ilə ikitərəfli memorandum imzalayıb. Vaşinqton Cənubi Qafqazda öz geosiyasi mövqelərini gücləndirməyə çalışır. Demək olar ki, regionda yeni bir siyasi mərhələ başlayır. Rusiyanın və İranın mövqeyi kifayət qədər zəifləyib.

Təhlükəsizliyi təmin etmək üçün ABŞ və Türkiyə region ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək. Hər ikisi NATO ölkəsidir. Təbii ki, regionda və beynəlxalq müstəvidə siyasi nizam sürətlə dəyişir. NATO-nun Cənubi Qafqaz və Xəzər regionuna doğru genişlənməsi daim planda olub. Hazırkı situasiyada regionun üç ölkəsi ABŞ və Türkiyə ilə sıx hərbi əməkdaşlığı inkişaf etdirərsə, NATO-nun regiona gəlməsinə bir müddət ehtiyac olmaz”.

Məhəmməd Əsədullazadə

Politoloq qeyd edib ki, gələcəkdə region ölkələrinin NATO-ya üzv olması mümkündür:

“Necə ki, Baltikyanı ölkələr üzv olub. Hazırda NATO əvvəlki illərdən fərqli olaraq güclənir, amma Azərbaycanın bu kontekstdə mövqeyi aydındır. Hələlik Azərbaycanın NATO qəbulu yaxın perspektivdə gözlənilmir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Avqust 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri