Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Bakı və İrəvan üçün kritik TARİX Bu il o ƏNGƏL aşılmasa...

Bakı və İrəvan üçün kritik TARİX Bu il o ƏNGƏL aşılmasa...

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Azərbaycan və Ermənistan 2025-ci il çərçivə sülh sazişinin müddəalarının icrası istiqamətində ölçülü addımlar atacaq ki, bu da onların arasında yeni müharibə riskini azaldacaq”.
Hurriyyet.az Publika.az - a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “beyin mərkəzləri”ndən olan “Stratfor” analitik mərkəzinin 2026-cı il üçün proqnozunda deyilir.
Mərkəzin qiymətləndirməsinə görə, iki ölkə arasında ticarətin tənzimlənməsi prosesi ehtiyatla irəliləyəcək: “Tərəflər hərtərəfli iqtisadi inteqrasiya əvəzinə, məhdud ticarət əlaqələri vasitəsilə etimad qurmağa çalışacaqlar”.

Lakin qurum hesab edir ki, daxili siyasətdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana guya güzəştlər edildiyi düşüncəsi və Erməni Apostol Kilsəsi ilə gərgin münasibətlər səbəbindən ictimai narazılığın artması ilə üzləşə bilər. “Paşinyan çox güman ki, konstitusiya dəyişiklikləri üzrə referendumun keçirilməsini iyun seçkilərindən sonraya saxlayacaq. Əgər o yenidən seçilməzsə, sülh sazişi layihəsinin taleyi qeyri-müəyyən olacaq. Lakin seçkilərdən sonra hakimiyyətdə qalarsa, ABŞ və Azərbaycanla imzalanmış birgə bəyannamənin mərkəzi elementi olan “Tramp Marşrutu”nun həyata keçirilməsini prioritet edəcək”, - deyə təhlildə vurğulanır.

“Stratfor”a görə, Bakı İrandan keçən Araz dəhlizi üzrə yolun öz hissəsinin tikintisini TRIPP layihəsi ilə paralel başa çatdıracaq və eyni zamanda, TRIPP-i Ermənistanın əməkdaşlıq etmədiyi halda onu regional inteqrasiyadan kənarda saxlayan bir rıçaq və alternativ kimi qoruyub saxlayacaq. “Rusiya TRIPP-in inkişafına meydan oxumağa çalışacaq, lakin regionda mövqelərinin zəifləməsi onun həm İrəvanın, həm də Bakının Qərbə yönəlməsinə ciddi maneələr törətmək imkanlarını məhdudlaşdıracaq”.
Bakı və İrəvan bu il Rusiyanın sonuncu əngəlini aşa biləcəkmi? Türkiyə prosesdə tərəflərə nə dərəcədə dəstək verə bilər?

Sualları cavablandıran deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, bu il ərzində yekun sülh sənədinin imzalanması ehtimalı var. Onun fikrincə, ancaq bu, seçkilərdən sonraya təsadüf edə bilər. “Çünki Paşinyan sülh sazişinə qədər daxili problemlərini həll etməli, parlament seçkilərində partiyasının qələbəsini təmin etmək üçün ciddi iş görməlidir. Eyni zamanda, ötən ilin avqustunda Azərbaycan Ermənistana sonuncu “ev tapşırığı”nı verib. Yəni bizə qarşı ərazi iddiaları konstitusiyadan çıxarılmalıdır. Bunun üçün də Ermənistan referenduma getməlidir”, - deyə deputat vurğulayıb.

A.Əlizadənin sözlərinə görə, referendumun isə parlament seçkilərindən sonra gözlənilir: “Paşinyan və komandası referendumu daha tez keçirə bilərdi. Hətta parlamentin səsverməsi ilə də bu dəyişikliklər mümkün idi. Amma əks reaksiyadan, müxalifətin və cəmiyyətin təpkisindən ehtiyat etdi. Ona görə də referendumun parlament seçkilərindən sonra keçiriləcəyini güman edirəm. Hətta Paşinyan istisna etmir ki, Konstitusiya Məhkəməsinin qərarı olmalıdır. Yəni məsuliyyəti məhkəmənin üzərinə qoyur. Amma özü də fərqindədir ki, istənilən halda sülh müqaviləsi üçün konstitusiya dəyişikliyi qaçılmazdır. Eləcə də Türkiyə ilə quru sərhədlərinin açılması üçün bu ölkəyə qarşı ərazi iddialarını da qanunvericilik aktından qaldırmalıdır”.

Deputat hesab edir ki, bir sözlə, proseslərin gedişinə əsasən bu ilin sonuna yaxın sülh müqaviləsi imzalana bilər: “O baxımdan, qarşıdakı dövrdə bizi bu proseslərdən keçmək gözləyir. Əgər Paşinyan seçkilərdə məğlub olarsa, revanşistlər iqtidara gələrsə, bu, Ermənistanı götürdüyü öhdəliklərdən azad etmir. Tramp administrasiyası bunu qəbul etməyəcək. Ermənistan ciddi faciələrlə üzləşmək risklərini nəzərə almalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Yanvar 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri