Icma.az
close
up
RU
Bakı və İrəvanın sülh bağlması üçün dua edən Fransisklə bağlı HƏQİQƏTLƏR: “Papanın erməni sevdası”nın səbəbləri BƏLLİ OLDU KONKRET

Bakı və İrəvanın sülh bağlması üçün dua edən Fransisklə bağlı HƏQİQƏTLƏR: “Papanın erməni sevdası”nın səbəbləri BƏLLİ OLDU KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Dünən Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin əldə edilməsi üçün dua edən Roma Papası I Fransisk bu gün öldü. I Fransisk Azərbaycan və Ermənistana münasibətdə balans saxlamağa çalışırdı, hərçənd, xristianlıq amili və onun argentinalı olması zaman-zaman bu balans təsir edib. Erməni diasporunun güclü dayaqlara sahib olduğu Argentinada doğulan I Fransiskin müəyyən təsirə düşdüyünü demək mümkündür. O, Papa olmadığı 2010-cu ildə argentinalı ravvin Avraam Skorka ilə birlikdə qələmə aldığı “Cənnətdə və dünyada” (Sobre el Cielo y la Tierra) adlı kitabında qondarma “erməni soyqırımı”ndan bəhs edir, türkləri nasistlərə bənzədirdi. Ümumiyyətlə, onun Argentinadakı fəaliyyətində erməni iddialarına dəstəyinə dair məlumatlar az deyil. Papa seçildikdən sonra isə balanslı yanaşma sərgiləyib ki, bu da Vatikanın siyasətindən qaynaqlanıb. Buna rəğmən, I Fransiskin Papa kimi Cənubi Qafqaz siyasətində balansın Ermənistanın xeyrinə pozulması kimi hallar da diqqətdən qaçmır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib:

“2016-cı ildə regiona səfər edən Papa Azərbaycan və Gürcüstanı Ermənistandan ayırmışdı. İyun ayında reallaşan səfər proqramında regionun hər üç ölkəsinə – Azərbaycana, Gürcüstana, daha sonra Ermənistana ziyarət nəzərdə tutulsa da, Papa birbaşa İrəvana getdi, Bakı və Tbilisiyə səfər üç ay təxirə salındı (Gürcüstana sentyabrın sonu, Azərbaycana oktyabrın əvvəli gəlib). Bu, səfər proqramı ilə əlaqələndirilsə də, Ermənistana reallaşan xüsusi ziyarətin iki mümkün səbəbi də istisna deyildi.

1. I Fransiskin şəxsi mövqeyi və keçmişindən gələn erməni təsirləri;

2. Vatikanın pravoslavlarla mübarizədə erməni qriqorianlığının nəzarətə götürülməsi siyasəti:

Bu, uzunmüddətli planın I Fransisk tərəfindən də davam etdirilməsi idi. Hər iki halda I Fransiskin siyasətində və şəxsi yanaşmalarında erməni amili müəyyən qədər nəzərə çarpırdı. 44 günlük müharibə və sonrasında da ermənilərin müdafiəsinə yönəlmiş açıqlamalar vermişdi. Lakin bütün bunların Bakı-Vatikan münasibətlərinə mənfi təsir etmədiyi də reallıqdır. Hətta Azərbaycanın Vatikanla münasibətlərinin səviyyəsi Ermənistanda zaman-zaman narahatlıq yaradıb. Aprelin 10-də Müqəddəs Taxt-Tacın Qriqorian Pontifik Universitetində “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda keçirilən 12-ci beynəlxalq elmi konfrans və azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası, bütün toponimlərin dəyişdirilməsi, alban kilsələrinin belə erməniləşdirilməsinə toxunulması İrəvanda narahatlıq yaradan sonuncu hallardan biridir.

I Fransiskin ölümü Vatikanda və dünyada yeni Papanın kim olacağı sualını aktuallaşdırıb. Qaydalara görə, 252 kardinaldan yaşı 80-dən aşağı olan 137-si konklavda – papa seçkilərində iştirak etmək hüququna malikdir. 137 kardinaldan beşinin – Pietro Parolin (İtaliya), Luis Antonio Taqle (Filippin), Peter Turkson (Qana), Peter Erdö (Macarıstan), Mykola Bychok (Ukrayna) – şansı daha yüksək qiymətləndirilir. Yeni Papanın kim olmasından asılı olmayaraq, Bakı-Vatikan münasibətlərinin əvvəlki səviyyədə davam edəcəyi gözləntisi daha çoxdur, keçmiş təcrübə belə düşünməyə əsas verir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Aprel 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri