Icma.az
close
up
RU
Bakı və Pekinin xarici siyasətində çoxqütblü dünyaya baxış

Bakı və Pekinin xarici siyasətində çoxqütblü dünyaya baxış

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Qafqazın təhlükəsizlik memarlığında Asiya amili

Asiya qitəsinin mütləq lideri sayılan Çin Xalq Respublikası ilə Cənubi Qafqazın həm siyasi, həm də coğrafi baxımdan mühüm dövləti hesab edilən Azərbaycan Respublikası arasındakı əlaqələrin dərinləşməsi transformasiyanın qanunauyğun nəticəsidir. Tərəflər arasında formalaşan strateji tərəfdaşlıq formatı qlobal miqyaslı daimi siyasi koordinasiya prosesinə çevrilir. Münasibətlərin mahiyyətinə geosiyasi prizmadan yanaşdıqda aydın görmək mümkündür ki, rəsmi Bakı Asiya-Sakit okean hövzəsi istiqamətində yürütdüyü xarici siyasət xəttini dəqiq hesablanmış dövlət maraqları üzərində qurub.

Eyni zamanda, rəsmi Pekinin Cənubi Qafqaz regionuna yönəlik artan diqqəti də təsadüfi xarakter daşımır, əksinə, məlum uzaqgörən geostrategiyanın tərkib hissəsidir. Avrasiya materikinin mərkəzində dayanıqlı sabitlik axtaran qlobal ölkə məhz respublikamızı ən etibarlı, müstəqil iradəyə sahib strateji tərəfdaş qismində qəbul edir. Hər iki dövlətin beynəlxalq hüququn təməl prinsiplərinə, xüsusilə suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq qaydalarına şərtsiz hörmət bəsləməsi əlaqələrin sarsılmaz ideoloji bünövrəsini təşkil edir.

İkitərəfli əlaqələrin kəmiyyət dinamikasına nəzər saldıqda mövcud rəqəmlərin arxasında dayanan proseslər diqqəti cəlb edir. Ticarət dövriyyəsinin 2024-cü ilin yekunlarında 21 faiz artaraq 3,7 milyard dollara, 2025-ci ildə isə 30,2 faiz artımla rekord həddə – 4,87 milyard dollara yüksəlməsi heç də quru statistika deyil. Yüksək göstəricilər dövlət rəhbərləri arasında qurulan davamlı qarşılıqlı etimadın, siyasi anlaşmanın bilavasitə nəticəsidir. Mövcud kütləvi maliyyə həcmləri dövlətlərin xarici siyasətində tərəfdaşlara yaradılan münbit şəraitin, qanunvericilik səviyyəsində təmin edilən institusional zəmanətlərin dəqiq ölçüsünü ifadə edir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin 1-ci rübündə qarşılıqlı ticarətin 7,3 faiz genişlənərək 1,103 milyard dolları keçməsi yürüdülən strateji kursun nə qədər dayanıqlı olduğunu təsdiqləyir. Əlavə olaraq, cari ilin əvvəlində respublikamızdan qarşı tərəfə ixrac edilən məhsulların həcminin 25,2 faiz artması rəsmi Bakının Asiya məkanında təsir imkanlarının genişləndiyini sübuta yetirir.

***

Tərəflərin Müştərək İnvestisiya Fondu yaratmaq ətrafında apardığı dərin müzakirələr ali səviyyəli siyasi-strateji qərardır. Suveren vəsaitlərin vahid mərkəzdən diqqətlə idarə edilməsi, ortaq qlobal təhlükəsizlik, inkişaf hədəflərinə yönəldilməsi, sadəcə, qazanc maraqları çərçivəsində izah edilə bilməz. Belə irimiqyaslı təşəbbüslər dövlətlərarası inteqrasiyadan, tərəflərin uzunmüddətli geoiqtisadi vizyonundan xəbər verir. Xarici investisiya qərarları hər zaman mərkəzi dövlətin bütöv regional doktrinası ilə üzvi şəkildə sıx bağlıdır.

2025-ci ildə dövlətimizin nəhəng Asiya qitəsinə yatırdığı irimiqyaslı vəsaitlərin həcminin 3,6 dəfə artması milli geostrategiyanın yeni genişlənmə mərhələsidir. Qeyd olunan irihəcmli investisiyalar vasitəsilə respublikamız qitənin hüdudlarından kənarda, beynəlxalq qərarların müəyyənləşdirildiyi mərkəzlərdə fəal, səlahiyyətli iştirakçı statusu qazanır. Sərmayələrin qlobal mərkəzlərə məqsədyönlü şəkildə yönləndirilməsi diplomatik təsir dairəsinin real coğrafi genişlənməsidir. Maliyyə alətlərindən diplomatik məqsədlər naminə məharətlə istifadə edən ölkəmiz mövqeyini qlobal rəqabət meydanında gücləndirərək həm dost, həm də rəqib qüvvələrə mesaj göndərir.

Müxtəlif mühüm platformalar çərçivəsində, xüsusən “Invest in Azerbaijan” xətti vasitəsilə fasiləsiz tərəfdaş axtarışlarının aparılması məqsədyönlü siyasi, iqtisadi fəaliyyət sayılır. Xarici partiya elitasında dövlətimizin sabit inkişaf potensialı barədə formalaşan müsbət rəy bilavasitə siyasi rəğbətə, diplomatik dəstəyə çevrilir. Hazırda Tsinqdao, Çendu, Sian, Çjantszyatsze, həmçinin 2024-cü ilin may ayından etibarən qədim paytaxt Nankin şəhərlərində Ticarət Evlərinin fəaliyyətə başlaması yerli icraedici hakimiyyət orqanları ilə birbaşa mütəmadi təmasların qurulması baxımından son dərəcə faydalıdır. Şanxay, Harbin, Tsinan, Uhan kimi meqapolis şəhərlərdə nümayəndəliklərin açılması, əlavə olaraq uzaq Urumçi, Şanxay şəhərlərində 3 müxtəlif şərab evinin yaradılması ölkəmizin daxili qitə mərkəzlərində çoxşaxəli şəbəkələşmə, nüfuz dairəsini genişləndirmə siyasətini aydın göstərir.

Asiya qitəsinin qapalı siyasi mədəniyyətində yerli aparıcı elitalarla, mühüm, təsirli region rəhbərləri ilə mütəmadi təmasların incəliklə qorunması uzunmüddətli qırılmaz əlaqələrin etibarlı qarantı sayılır. Yerli dairələrdə, qubernatorluqlarda əldə edilən rəsmi simpatiya mərkəzi partiya rəhbərliyinin qəbul etdiyi ali siyasi qərarlara bilavasitə ciddi təsir göstərir. Çin dövlətinin sərt iyerarxik daxili arxitekturasında güclü əyalət partiya komitələrinin dəstəkləyici mövqeyi paytaxt qərargahı üçün həlledici indikator olaraq dəyərləndirilir. Buna görə də azərbaycanlı diplomatların regional mərkəzlərdəki aktiv mövcudluğu regional siyasi arxitekturada dayanıqlı bünövrə nöqtələri yaradır. Qeyd olunan xarici nümayəndəliklər informasiya mübadiləsinin daimi mərkəzi, siyasi araşdırmaların, strateji hesabatların hazırlandığı bazalar, həmçinin ikitərəfli regional gündəliyin planlı şəkildə dizayn edildiyi operativ beyin mərkəzləridir.

Ölkəmizin rəsmi ticarət nümayəndəsi Teymur Nədiroğlunun həmin forumda iştirakı, işgüzar mühit, əlverişli investisiya şərtləri barədə çıxışı xüsusi əhəmiyyət kəsb edən amildir. Forumun ali hədəfi yazılı rəsmi sənədlərdə ixracın həcminin genişləndirilməsi, malların tanıdılması kimi verilsə də, arxa planda asimmetrik siyasi təsir mexanizmlərinin, uzunmüddətli, qırılmaz asılılıq vektorlarının təməlinin qoyulması və reallaşdırılması qərarlaşır. Tədbir çərçivəsində Pekində fəaliyyət göstərən Ticarət Evinin əsas operatoru qismində çıxış edən “Çin-Xarici İqtisadi Əməkdaşlıq Elm və Ticarət” şirkətinin rəhbəri Van Veyveyin azərbaycanlı diplomatlarla bərabər apardığı geniş məsləhətləşmələr məhz sistemli siyasi fəaliyyətin qanunauyğun nəticəsidir. Məhsullarımızın nəhəng xarici bazarlarda daimi satış kanallarının genişlənməsi, rəflərdə yer alması yerli cəmiyyət, milyonlarla istehlakçı arasında respublikamızın pozitiv və etibarlı qlobal tərəfdaş imicinin yaranmasına bilavasitə xidmət edir.

Uzaq bölgələrdən başlayaraq ən yüksək dövlət səviyyəsinə qədər qurulan çoxşaxəli siyasi və iqtisadi əlaqələr Azərbaycanın geosiyasi dayanıqlılığını gücləndirən mühüm platforma rolu kimi fəaliyyət göstərir. Xaricdə daha çox iqtisadi əməkdaşlıq və investisiya proqramı kimi təqdim olunan bu məsələ, əslində, ölkənin milli təhlükəsizliyinin və strateji maraqlarının qorunmasına xidmət edir. Bunun nəticəsində Azərbaycan regionun yeni geosiyasi nizamının formalaşmasında mühüm rol oynayan dövlətə çevrilir. Çoxvektorlu və praqmatik xarici siyasət kursu ölkənin suverenliyini daha da möhkəmləndirir, onu beynəlxalq risklərdən qoruyan etibarlı diplomatik və siyasi qalxan yaradır.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri