Icma.az
close
up
RU
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı VİDEO KONKRET

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı VİDEO KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Bakı və Sumqayıtın bəzi ərazilərində qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub.

KONKRET.az xəbər verir ki, xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbəsi, eləcə də Abşeron rayonu Novxanı, Saray qəsəbələri və Sumqayıt şəhəri Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub.

Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar. Bəzi ərazilərdə sürücülər yolda ehtiyatla hərəkət etməyə məcbur olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, Gülbəniz Qasımova bildirib ki, bu il yaz və yay aylarında hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq şəhər ətrafı ərazilərdə çoxlu sayda gölməçələr yaranıb, bu da qurbağalarıın çoxalma və inkişafı üçün əlverişli olub:

“Belə ki, aramsız yağan yağışlar nəticəsində gölməçələr qurumadığına görə qurbağaların qoyduğu kürülərin böyük əksəriyyəti inkişafını başa vura bilib. Son günlərdə çoxlu sayda müşahidə olunan qurbağalar Abşeron yarımadasında yayılan naxışlı quru qurbağasının bala fərdləridir. Bu növ minlərlə kürü qoya bilir və əlverişli şərait yarandığından inkişaf edərək bala fərdlərə çevrilib. Onların yağışdan sonra kütləvi şəkildə müşahidə olunmasının səbəbi gölməçələrdəki bala fərdlərin sel suları vasitəsilə ətrafa yayılmasıdır. Həm də naxışlı quru qurbağasının yetkin fərdləri əsasən quru ərazilərdə yaşamağa üstünlük verdiyi üçün bu mərhələdə onlara daha çox su hövzələrindən kənarda rast gəlmək olur.

Qeyd edim ki, bu qurbağaların belə kütləvi şəkildə görünməsi təbii haldır və heç bir təhlükəsi yoxdur. Çünki təbiətdə onların sayını tənzimləyən mexanizm mövcuddur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 İyun 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri