Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakı yandırır... Həm uşaqlar, həm də əməkçilər təhlükədədir

Bakı yandırır... Həm uşaqlar, həm də əməkçilər təhlükədədir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Şəhərdə istilərə qarşı nə qanun işlədi, nə ağac kölgəsi çatdı...

İstilər başladı. İyun ayı bizə əməlli-başlı güzəşt etdi. Nəinki yaz, hətta payız havasıyla keçdi. İyul isə artıq yandırır. Bu həftə ərzində temperaturun yüksək olacağı, həftə sonlarına doğru bir qədər enəcəyi proqnozlaşdırılır. Külək isə əsmir. Nə xəzri var, nə gilavar. Nəfəs almaq çətinləşir. Asfaltdan qalxan qızmar hava adamın nəfəsini kəsir. Havanın bu dərəcədə istiləşməsi, ağırlaşması nəylə bağlıdır? 


“İsti bədən temperaturumuzu aşır”    


Meteoroloq, Lənkəran Dövlət Universitetinin baş müəllimi Cavidan Əliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, vərdiş etdiyimiz Bakı küləyinin əsməməsi hazırda çox böyük diskomfortun yaranmasına səbəb olur: 

- Hazırda havanın temperaturu 36-37 dərəcə göstərilir, amma Bakı Binə hava limanının verdiyi məlumata görə, hazırda temperatur 38,3 dərəcədir. Lakin rütubət çox aşağıdır, 20 faizdir. Külək tamamilə yoxdur, külək 0 m/s göstərirsə, bu, fəlakətdir. Məhz küləyin olmaması belə diskomfort, ağırlıq hissi yaradır. Rütubət də aşağıdır. Əslində, rütubətin yüksək olması 38 dərəcə istidən daha yaxşıdır. Temperatur 30 dərəcəyə yaxınlaşanda insan istini çox hiss edir, indiki temperatur isə 38 dərəcədir. Bu bizim bədən temperaturumuzdan da yüksəkdir. Bədənin normal temperaturu 36.6-dır.  

Meteoroloq qeyd etdi ki, indiki istilərin səbəbi Afrika və Ərəbistan yarımadasından daxil olan qızğın və quru tropik hava kütlələridir. İndiki isti dəridə gözdə quruluq yarada bilər. Çünki rütubət çox aşağıdır.  

Atmosfer təzyiqinin normadan aşağı olması isə havanın ağırlığına təsir etmir. Bu gün üçün 757. mm.civə sütunu qeyd edilir. Norma 760-dır, hazırda atmosfer təzyiqi normadan bir az aşağıdır. Bunun o qədər də mənfi təsiri yoxdur. 


Ağacsız şəhər

İctimaiyyət yazanda ki şəhərdə ağac qalmayıb, hər yer tikili, ev, plastiklərə bürünmüş binalardır, bunun çox mənfi təsirləri olacaq, səbəbkarların heç vecinə də olmadı. Niyə də olsun ki?!. Pulu olan istirahət məkanlarına, sərin bölgələrə “qaçır”. Şəhərdə qalan, kölgəlikləri qəhətə çıxmış küçələrlə addımlayan, avtobuslarda nəfəsi kəsilə-kəsilə işə gedib-gələn “qara” camaatdır.      


İşi dayandıran da yoxdur

Bəllidir ki, havanın temperaturu kölgədə hesablanır. Kölgədə temperatur 37-38 dərəcədirsə, deməli, açıq havada 39-40 olacaq. Əmək qanunvericiliyinə görə, havanın temperaturu 42 dərəcəni keçdikdə işlər dayandırılır. Amma asfaltın istisi, maşınların havaya buraxdığı tüstü, karbon qazı plastikli, şüşəli binaların havaya ötürdüyü əlavə istilik nəzərə alınmır. Açıq havada işləmək həm də belə əlavə təsirlərə məruz qalmaq deməkdir. Şəhərimizdə görüləcək kommunal işlər də tərs kimi adətən yay aylarına “salınır”. Yol çəkilməsi, asfalt örtüyünün, qaz, su xətlərinin yenilənməsi, tikintilər... Sanki qurumlar oturub yayı gözləyirlər. Fəhlələr daha çox əziyyət çəksinlər deyə. 


“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı Sherg.az-a açıqlamasında qeyd etdi ki, Əmək Məcəlləsinə əlavənin 1-ci maddəsində şaxtalı, soyuq, küləkli və temperaturun yüksək olduğu günlərdə açıq havada, dənizdə işlərin dayandırılmalı olduğu qeyd edilib: 

- Temperatur 41 dərəcədən çox olduqda açıq havada, sərinləşdirici olmayan qapalı yerlərdə işlər dayandırılmalı, işçilərə sərinlənmək üçün imkan yaradılmalı, qısa aralıqlarla tez-tez fasilə verilməlidir. Amma buna əməl edən və nəzarət edən varmı? Əmək Məcəlləsinin pozulmasına nəzarət edilmir. Günəmuzd işləyənlər məcburdur sahibkarın göstərişini yerinə yetirməyə. Baxın görün bu isti günlərdə hansı tikintidə iş dayandırılıb? Dayandırılmır. Bu qaydaya riayət edən vəzifəli şəxslərdir. Kondisionerli otaqlarda əyləşirlər, məzuniyyətə çıxıb istirahət edirlər. ƏM-nin 15-ci maddəsində qeyd edilir ki, məcəllənin pozulmamasına Dövlət Əmək Müfəttişliyi nəzarət etməlidir. Müfəttişliksə “biz hər yerə nəzarət edə bilmərik, bu, imkan xaricindədir”, deyir. O zaman başqa maddəyə keçək. 309-cu maddə də var. Həmkarlar təşkilatlarına aid. Həmkarlar təşkilatları da əməkçinin hüquqlarının müdafiəsinə nəzarət etməlidir. Həmkarlar təşkilatı işçilərin əmək haqqından çıxılan pul hesabına fəaliyyət göstərir. Amma nəzarət funksiyasını yerinə yetirmir. İctimai nəzarət elə budur. Əməkçilərin hüquqlarının qorunmasına nə dövlət orqanı nəzarət edir, nə də həmkarlar təşkilatı. 


Uşaqları qoruyun!

Pediatr Vaqif Qarayev havanın temperaturunun yüksəlməsini nəzərə alaraq valideynlərə çağırış edib: - Qızmar havalarda saat 11-dən 17-yə kimi açıq havada  olmaq düzgün deyil. Belə bir standart var! Amma mən deyərdim ki, heç bu saatda da bayıra çıxmaq olmaz. Uşaqları qoruyun, xüsusən 3 yaşa qədər uşaqları günvurmadan qorumaq lazımdır. Ən yaxşısı axşam saat 6-dan sonra uşaqlar sərin yerlərdə olsunlar. Uşaqları həm günvurmadan, həm də kondisioner bəlasından qorumaq lazımdır. Əgər düşünürsünüz ki, uşaq günəş şüası almalıdır, bu, indiki havaya aid deyil. Hazırkı vəziyyətdə günəş şüası əksinə, ziyandır.  


“İki-üç günə hava mülayimləşəcək” 


Ekoloq Ənvər Əliyev Sherg.az-a açıqlamasında havanın ağır olması səbəblərindən danışdı: 

- Bakının havası həmişə belə olub. Külək olanda, isti o qədər də hiss edilmir. Külək yoxdursa, temperaturun yüksəkliyi açıq hiss olunur. Hamı deyir ki, əvvəllər belə deyildi, bu cür istilər olmurdu. Olurdu, amma indiki kimi çətin olmurdu. Niyə, çünki birincisi, Bakıda əhali son 30 ildə həddindən artıq artıb. Nəqliyyat da artıb. Əhalinin böyük faizi işçi təbəqəyə aiddir. İsti havada işə getmək, ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətindədirlər, odur ki, istini daha çox hiss edirlər, açıq havada çox olduqlarından temperatur yüksəkliyi insanları narahat edir. Digər səbəb şəhərdəki hədsiz sıxlıqdır. Hündür, şüşə binalar çoxdur, bu da ətrafa əlavə istiliyin yayılmasına səbəb olur. Binalar sıx tikildiyindən hava sirkulyasiya etmir deyə sərinlik yaranmır. Şəhərdə yaşıllıqlar azdır, gölkəlik də azdır. Binalar günbəgün artır, ağaclarsa azalır. Belə şəraitdə əlbəttə, sərinlik olmayacaq, nəfəs almaq çətinləşəcək. Amma Bakının əsas üstünlüyü küləkdir. 2-3 günə küləkli havalar təkrar başlasa, nisbətən sərinlik olacaq. Bakının iqlimi dəyişkəndir. Bir neçə günlük istidən sonra, külək havanı sərinlədir, mülayim hava şəraiti yaradır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri