Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Bakı çox yüklənib, həm adamla, həm də maşınla RƏY

Bakı çox yüklənib, həm adamla, həm də maşınla RƏY

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzi ali təhsil ocaqlarının paytaxtdan köçürülməsi günün tələbidir

Şəhərdə tıxacların qarşısını almaq üçün dərs saatlarının tənzimlənməsi də vacib məsələdir

Azərbaycan Prezidenti “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.  


Milli Məclisin deputatı Vüqar Bayramovun “Sherg.az”a açıqlamasına görə, proqramın icrası nəticəsində şəhərdaxili sıxlığın azaldılması və ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artırılması hədəflənir: 


“Proqramda diqqəti çəkən əsas məqamlardan biri nəqliyyat infrastrukturunun inkişafı zamanı səmərəlilik, təhlükəsizlik və ekoloji meyarların nəzərə alınmasıdır. Proqram ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi) özündə ehtiva edir.

Proqrama əsasən, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın səmərəliyliyinin artırılması, mobilliyinin gücləndirilməsi kimi tədbirlərlə yanaşı, piyadalar üçün infrastrukturun gücləndirilməsi nəzərdə tutulur. Bu özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. Bu sahədə 20 ədəd sərnişin qatarının alınması və “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur.

Proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirlərini də nəzərdə tutur. Belə ki, uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu, fərqli saatlarda iş başlama və iş vaxtının bitməsi anlamına gəlir.

Eyni zamanda inkişaf etmiş ölkələrdə olan kimi “məktəb avtobusları”ndan istifadə də nəzərdə tutulur. Hazırda “məktəb avtobusları”ndan az sayda məktəblər istifadə edir. Qiymətləndirmələr göstərir, sistemli şəkildə “məktəb avtobusları”ndan istifadə olunmaması tıxacaq yaradan səbəblərdən biridir.

Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin Sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, dövlət proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur”.


Təhsil eksperti Kamran Əsədov isə şəhərdaxili sıxlığın azaldılması üçün ali təhsil ocaqlarının paytaxtdan köçürülməsini vacib hesab edir:


 “Bakı şəhərinin mərkəzində yerləşən universitetlərin şəhərətrafı ərazilərə köçürülməsi nəqliyyat sıxlığının azaldılması və təhsil infrastrukturunun genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Hazırda Bakı şəhərində 35 ali təhsil müəssisəsi fəaliyyət göstərir və burada 140 mindən çox tələbə təhsil alır. Bu tələbələrin gündəlik hərəkəti şəhərin əsas yollarında nəqliyyat yüklənməsinə səbəb olur. Xüsusilə Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və digər iri ali təhsil müəssisələrinin mərkəzi küçələrdə yerləşməsi tıxac problemini daha da kəskinləşdirir.

Bu kontekstdə Xırdalan, Sumqayıt, Hövsan, Masazır və Qaradağ kimi ərazilər universitet şəhərciklərinin salınması üçün potensial bölgələr kimi nəzərdən keçirilə bilər. Bu bölgələrdə geniş torpaq sahələrinin olması müasir və innovativ ali təhsil mərkəzlərinin yaradılmasına imkan verəcək. Dünya təcrübəsi də göstərir ki, şəhərdən kənarda yerləşən universitetlər daha müasir kampus şəraiti və geniş infrastruktura malik olur. Məsələn, Türkiyədə ODTÜ və Bilkent, ABŞ-də Stanford və MIT, Almaniyada Heidelberg Universiteti şəhər mərkəzindən kənarda yerləşərək tələbələr üçün optimal şərait yaradır”.


Bununla belə ekspert hesab edir ki, köçürülmə prosesi mərhələli şəkildə həyata keçirilməli və tələbələr üçün nəqliyyat əlçatanlığı təmin edilməlidir. Əks halda, yeni universitetlərin şəhərətrafına yerləşdirilməsi onların fəaliyyətinə mənfi təsir edə bilər.

Azərbaycan bu keçid dövrünü planlı şəkildə həyata keçirsə, həm ali təhsilin keyfiyyəti yüksələcək, həm də şəhərin nəqliyyat problemi həll olunacaq. Bu addım təkcə nəqliyyatın yüklənməsini azaltmayacaq, eyni zamanda ali təhsil müəssisələrinin daha müasir və innovativ formata keçməsinə imkan yaradacaq. K.Əsədov Bakıda nəqliyyatın sıxlığını azaltmaq məqsədilə təhsil müəssisələrində dərs saatlarının fərqli vaxtlarda başlanmasını təklif edib. Onun sözlərinə görə, hazırda paytaxtda səhər saatlarında, xüsusilə 8:00-9:00 aralığında, təxminən 600 mindən çox şagird və tələbə eyni vaxtda hərəkət edir ki, bu da nəqliyyat axınını kəskin artırır:


 “Eyni zamanda işə gedən insanların hərəkəti ilə bu proses üst-üstə düşərək tıxacları daha da ağırlaşdırır. Dərs saatlarının mərhələli şəkildə təşkil edilməsi – bəzi məktəblərin və universitetlərin dərsə 8:00-da, digərlərinin isə 9:00 və ya 10:00-da başlaması, nəqliyyat axınını bölüşdürərək pik saatların yükünü azaltmağa kömək edə bilər. Dünya təcrübəsində bu model uğurla tətbiq edilir. ABŞ və Avropanın bəzi ölkələrində məktəblərin dərs saatlarının tənzimlənməsi nəqliyyat sıxlığını 15-20 faiz azaldıb və ictimai nəqliyyatın səmərəliliyini artırıb.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14-cü maddəsinə əsasən, təhsil müəssisələrinin fəaliyyət rejimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Bu da dərs saatlarının tənzimlənməsi üçün hüquqi əsas yaradır. Əgər bu addım düzgün planlaşdırılarsa, şəhərdaxili nəqliyyat rahatlaşacaq, ictimai nəqliyyatın yükü azalacaq və şagirdlər daha rahat bir rejimdə təhsil ala biləcəklər. Bu yanaşma həm ekoloji baxımdan, həm də sosial rahatlıq baxımından müsbət nəticələr verə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Fevral 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri