Icma.az
close
up
RU
Bakı yolları sıxılır : Ensiz zolaqlar nəyə xidmət edir...

Bakı yolları sıxılır : Ensiz zolaqlar nəyə xidmət edir...

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda yolların təmiri - nişanlanma xətlərinin yenidən çəkilməsi, nəqliyyat vasitələri üçün zolaqların salınması hərəkət zolaqlarının daralması ilə müşahidə edilir.
Nişanlanma xətləri və yaranmış yol quruluşları ilə bağlı minik avtomobilləri sürücülərinin narazılıqları çoxdur.
AYNA-dan bildirilib ki, yol zolaqlarının eni mövcud norma və qaydaların tələblərinə, eləcə də beynəlxalq şəhərsalma və yol təhlükəsizliyi təcrübəsinə əsaslanaraq müəyyən edilir:
“Xüsusilə, sıx şəhər mühitində zolaqların optimal eninin seçilməsi sürət rejiminin tənzimlənməsi, sürücülərin diqqətinin artırılması və ümumi yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi məqsədi daşıyır.
Beynəlxalq təcrübədə yol zolaqlarının həddən artıq geniş olması sürət artımına, qəza riskinin yüksəlməsinə səbəb olan amillərdən biri hesab edilir. Daraldılmış, lakin normativ tələblərə cavab verən zolaqlar ani manevrlərin və nəzarətsiz sürətlənmənin qarşısını alır.
Yol zolaqlarının daraldılmasının təsiri orta və uzunmüddətli müşahidələr nəticəsində müəyən edilir. Beynəlxalq praktikada bu cür dəyişikliklərdən sonra ağır nəticəli yol-nəqliyyat hadisələrinin azalması, xüsusilə piyada və velosipedçilərin iştirakı ilə baş verən qəzaların riskinin aşağı düşməsi müşahidə edilir. Qəza statistikasına yalnız zolaq eni deyil, hərəkət intensivliyi, sürət rejimi, nəqliyyat tərkibi, parklanmanın vəziyyəti və sürücülərin davranışı kimi bir sıra amillər səbəb ola bilər”.
AYNA rəsmisi əlavə edib ki, hazırda konkret sahələr üzrə qəza statistikalarının toplanması, təhlili və dinamik qiymətləndirilməsi aidiyyəti dövlət qurumları tərəfindən aparılır:
“Bu göstəricilər əsasında zərurət yarandığı təqdirdə əlavə təşkilati və inzibati qərarların qəbul edilməsi mümkündür”.
Bakının yol infrastrukturu haqda saytımıza danışan AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi Bulud  Bağırov bildirib ki, Bakı küçələrində aparılan son təmir və yenidənqurma işləri çərçivəsində bəzi ərazilərdə hərəkət zolaqlarının eni azaldılıb:
“Bu dəyişikliklər, ilk növbədə, yol hərəkəti təhlükəsizliyinin artırılması, sürət rejiminə nəzarətin gücləndirilməsi və piyada, həmçinin digər yol istifadəçilərinin rahatlığının təmin olunması məqsədi daşıyır və çox aktual müşahidədir.
Yollarda eni azaldılmış hərəkət zolaqları həm mühəndislik, həm də təhlükəsizlik baxımından məqsədli tədbir ola bilər, amma bu zaman sürücü narazılıqları da tez-tez meydana çıxır. Bunun səbəblərinə gəldikdə isə, ilk növbədə hərəkət sürətini azaltmaq məqsədilə, dar zolaqlar sürücüləri daha ehtiyatlı olmağa məcbur edir, bu da qəza riskini azaldır.
Piyada və velosipedlər üçün yer ayırmaq səbəbindən təmir zamanı bəzi zolaqların hesabına səkilər və ya velosiped zolaqları genişləndirilə bilər”.
O qeyd edib ki, yolun drenaj və ya bordür xətti üzrə yenidən qurulması məqsədilə texniki baxımdan, yağış sularının axıdılması və bordürlərin möhkəmləndirilməsi üçün yol konturları dəyişdirilə bilər:
“Təmir sonrası eninə daralma bir neçə səbəbdən narahatlıq yarada bilər: Sürücülər əvvəlki genişliyə öyrəşiblər, indi isə vizual olaraq yol “sıxılmış” görünür. Xüsusilə iri nəqliyyat vasitələri üçün zolaq dəyişmək və dönmək çətinləşir. Dar zolaqlar sürücülərdə narahatlıq və təhlükə hissi yaradır, bu da yol stresini artırır. Təmir sonrası yol kənarına parklanma icazəsi qalırsa, hərəkət hissəsi daha da daralır. Təmir zamanı, yeni bordürlər və ya səki xətləri açıq və kəskin görünür, buna görə daralma daha nəzərə çarpır; Asfalt örtüyünün hamar olması və yeni nişanlanma sürücünün vizual təəssüratını dəyişir — əvvəlki “boşluq” hissi itir. Əgər yol nişanlanması və ya markirovkası düzgün qurulmayıbsa, bu, daralmanı artıq dərəcədə hiss etdirir.
Əgər daralma mühəndislik baxımından məqsədli deyilsə, yəni yol nişanlanması düzgün tənzimlənməyibsə, bu, texniki səhv ola bilər. Amma məqsədli daraldılma halında, bələdiyyə və ya yol idarəsi sürücü maarifləndirilməsi və vizual xəbərdarlıqlar tətbiq etməlidir”./modern.az
 

Oxunub 90

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri