Icma.az
close
up
RU
Bakıa 10 manata satılır: Xəstəlik mənbəyidir AÇIQLAMA

Bakıa 10 manata satılır: Xəstəlik mənbəyidir AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Marketlərdə 10–15 manata “Tefal” adı ilə satılan tavalar alıcıların diqqətini cəlb edir və geniş maraq doğurur. Qiymətin bu qədər ucuz olması isə məhsulun keyfiyyəti və sağlamlığa mümkün təsiri ilə bağlı suallar yaradır. Bildirilir ki, mətbəx qablarının materialı və örtüyü insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır və keyfiyyətsiz məhsullar risk yarada bilər. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, marketlərdə 10–15 manata “Tefal” adı ilə satılan tavalar istehlakçılarda haqlı sual yaradır. 
"Çünki Tefal beynəlxalq və tanınmış markadır. Orijinal məhsulların istehsal xərcləri, keyfiyyətə nəzarət mərhələləri və sertifikasiya tələbləri nəzərə alındıqda bu qədər aşağı qiymət real görünmür. Bu səbəbdən belə məhsulların saxta və ya imitasiya olma ehtimalı yüksək qiymətləndirilir. Orijinal olmayan və nəzarətsiz istehsal olunan tavalar sağlamlıq baxımından risk daşıya bilər. Əgər yapışmayan örtük standartlara uyğun deyilsə, yüksək temperaturda parçalanaraq zərərli maddələr buraxa bilər. Sertifikatsız məhsullarda ağır metalların – məsələn, qurğuşun və kadmiumun – istifadəsi ehtimalı da istisna edilmir. Bundan əlavə, keyfiyyətsiz örtük tez cızılır və soyulur, nəticədə həm örtük hissəcikləri qidaya qarışa, həm də alt metal təbəqə reaksiya verə bilər. Qeyd olunmalıdır ki, müasir və orijinal yapışmayan örtüklər normal istifadə şəraitində təhlükəsiz hesab olunur; risk əsasən saxta və standartdan kənar istehsal zamanı yaranır".
Ekspert bildirib ki, zərərli maddələrin yeməyə keçmə ehtimalı xüsusilə tava 250–300°C-dən yüksək temperaturda uzun müddət qızdırıldıqda, səth cızıldıqda və ya örtük soyulduqda artır:
"Məhsulun mənşəyi və sertifikatı məlum deyilsə, risk daha yüksək olur. Ucuz və mənşəyi bilinməyən tavalarla bağlı əsas problem də məhz xammal və texnologiya barədə şəffaflığın olmamasıdır. İstehlakçılar məhsul alarkən rəsmi satış nöqtələrinə üstünlük verməli, qablaşdırma üzərində barkod, istehsalçı ünvanı və texniki məlumatların olub-olmadığını yoxlamalıdır. Tanınmış brend üçün həddindən artıq ucuz qiymət şübhə doğurmalıdır. Tavanın çəkisi və material keyfiyyəti də önəmlidir. Həddindən artıq yüngül və nazik metal tez deformasiya ola bilər. İstifadə zamanı metal qaşıqlardan uzaq durmaq, boş halda yüksək temperaturda qızdırmamaq və səth zədələndikdə məhsulu dəyişmək tövsiyə edilir".
Onun sözlərinə görə, 10–15 manata “brend” adı ilə satılan tavalar böyük ehtimalla orijinal deyil və uzunmüddətli istifadədə sağlamlıq riski yarada bilər. 
"Mətbəx qabları gündəlik istifadə olunan vasitələrdir, buna görə seçim zamanı qiymətdən çox təhlükəsizlik və sertifikasiya əsas meyar olmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Fevral 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri