Icma.az
close
up
RU
BakıBişkek aviareyslərinin sayının artırılması QırğızıstanAzərbaycan biznes əlaqələrini daha da inkişaf etdirəcək AZƏRTAC

BakıBişkek aviareyslərinin sayının artırılması QırğızıstanAzərbaycan biznes əlaqələrini daha da inkişaf etdirəcək AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 21 noyabr, AZƏRTAC

Azərbaycan ilə Qırğızıstan arasında biznes əlaqələrinin inkişafı üçün Bakı-Bişkek uçuşların sayını artırmaq lazımdır. Bir həftədə mövcud olan yeganə birbaşa reys kifayət etmir. Mən çox istərdim ki, həftədə ən azı üç dəfə uçuş olsun.

Bu barədə AZƏRTAC-a Qırğız Respublikasının Ticarət-Sənaye Palatasının Qadın Sahibkarlığına Kömək və İnkişaf Komitəsinin rəhbəri Aycan Çınıbayeva məlumat verib.

Onun sözlərinə görə, indi əksər uçuşlar Astana və ya Moskva vasitəsilə həyata keçirilir ki, bu da biznes üçün çox əlverişsizdir.

Əməkdaşlığın perspektivli istiqamətləri arasında Aycan Çınıbayeva turizm, kənd təsərrüfatı sektoru, təhsil və tibb sahələrini xüsusi qeyd edib, həmçinin tekstil sənayesində layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

“Əməkdaşlığın inkişafı üçün çoxlu imkanlar var. Qadın sahibkarlığına dəstək layihələrinin yaradılmasında da böyük potensial mövcuddur”, - deyə o, Azərbaycan tərəfinin Qırğızıstanda özəl məktəb açmaq təklifini misal çəkib.

Komitə rəhbəri vurğulayıb ki, vahid türk məkanı çərçivəsində ikitərəfli münasibətlərin potensialı tükənməzidir.

“Qırğızıstan iş adamları portfel investisiyalarını genişləndirirlər və Azərbaycan investorlar üçün maraqlı ölkə ola bilər”, -deyə agentliyin həmsöhbəti hesab edir.

Onun fikrincə, ən yüksək səviyyədə qarşılıqlı səfərlər iki ölkənin iqtisadiyyatının yaxınlaşmasına töhfə verir. “İnanıram ki, Qırğızıstan-Azərbaycan birgə layihələri çox olacaq. Azərbaycandan olan iş adamlarını Qırğızıstanda gözləyirik, bizim də təkliflərimiz olacaq”, - deyə Aycan Çınıbayeva qeyd edib.

O, eyni zamanda, müasir Azərbaycanın Qırğızıstanda daha fəal təbliğ edilməsinin zəruriliyini qeyd edib, çünki ölkə haqqında təsəvvürlər hələ də əsasən sovet dövrünə əsaslanır. “Biz bir-birimiz haqqında daha çox öyrənməliyik” –deyə Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatasının nümayəndəsi bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri