Icma.az
close
up
RU
Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə Hər kəs ehtiyatlı olsun!

Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə Hər kəs ehtiyatlı olsun!

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir qədər əvvəl sosial şəbəkələrdə yayılan görüntü böyük təşvişə səbəb olub. Belə ki, görüntülərdə böyük ölçülü ilanın minik maşınına girməsi əks olunub.

Bakıdan Bərdəyə yola düşən vətəndaşın avtomobilində ilan sona kimi “qonaq” olub. Videodan da açıq görünür ki, ilan şüşəsilənlər olan hissədə rahatca yol gedir.

Paralel olaraq, paytaxta yağan leysanın ardınca Ramana qəsəbəsində peyda olan kiçik qurbağalar diqqət çəkib. Ekspertlər baş verənləri isti hava ilə əlaqələndirsələr də, əksəriyyət əvvəlki illərlə müqayisədə şəhərdə bu cür halların çoxaldığını bildirirlər.

Bakıda ilan və qurbağaların görünmə səbəbi nədir?

Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov deyib ki, ilanlar havalar isindikcə fəallaşırlar:

“Bu heyvanlar qışlama yerlərindən çıxdıqdan sonra yem əldə etmək, cütləşmək və çoxalmaq üçün ətrafdakı yaşayış yerlərinə səpələnirlər. Aprelin sonundan etibarən indiyədək havalar hələ çox isti deyil. Ona görə də qeyd etdiyim səbəblərə görə ilanlar sutka ərzində fəal olurlar. Əsasən yem tapa biləcəkləri və yaşayış olmayan kolluq ərazilərdə məskən salırlar. Onlar kərtənkələ, siçan, quş və quş balaları ilə qidalanırlar. Qida axtarmaq üçün həmin zonalara bitişik ərazilərə də keçə bilirlər. Yəni qəsəbə və kəndlərə ilan hücumundan söz gedə bilməz”.

Təvəkkül İsgəndərov

Ekspert bildirib ki, artıq insanlar ilanların məskən saldığı yerdə yaşamağa, işləməyə, istirahət etməyə başlayıblar:

“Belə halda, təbii ki, onlara rast gələcəyik. 15 il bundan əvvəl ilanlar yaşayan yerdə 50 nəfər məskunlaşırdı, indi bu rəqəm 500-ə çatıb. Bu səbəbdən ilanlar 1-2 nəfərə deyil, 30-40 adama görünür. İlanlar yox, onların yaşadığı yerdə insanların sayı artıb”.

T.İsgəndərov qeyd edib ki, ilanlar şəhərin mərkəzinə yük maşınları ilə gələ bilər:

“Bakının ərtaf ərazilərində yerləşən və tikinti materialları istehsal edən açıq anbarlar var. Onlar da ilanlar yaşayan ərazilərə bitişikdir. Yük maşınları orada bir neçə gün qalır və ilan da avtomobilin müxtəlif hərəkət hissələrinə dolaşıb şəhərə gəlir. Ehtimal ki, Bərdəyə gedən ilan da maşına bu qaydada girib. Qurbağalara gəldikdə, may ayı onların çoxalma vaxtıdır. Yağışdan sonra ətraf rütubət olduğu üçün körpə qurbağalar gölməçələrdən çıxıb ətraflara yayılırlar. Burada qeyri-adi bir şey yoxdur. Metamarfozun inkişafını başa çatdıran çömçəquyruqlar xırda qurbağalara çevrilir və küləyin təsiri ilə gölməçələrdən yağış suyu olan yerlərə düşürlər”.

Ləman Hüseynzadə
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 İyun 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri