Icma.az
close
up
RU
Bakıda 16 nəfərin ölümünə səbəb olan spirt bu imiş FOTO

Bakıda 16 nəfərin ölümünə səbəb olan spirt bu imiş FOTO

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin spirt “Starlyuks” əmtəə nişanı adı altında satılan gigiyenik vasitədir.

O da məlum olub ki, sözügedən markanın lisenziyası belə yoxdur və bu məhsulun apteklərə satışı əldən həyata keçirilir.

Digər maraqlı məlumat ondan ibarətdir ki, 15 nəfərin ölümü ilə bağlı rəsmi xəbər yayıldıqdan sonra, bu və buna bənzər lisenziyası olmayan spirtlərin apteklərdə satışı dayandırılıb. Bu barədə aptek rəhbərləri işçilərə göstəriş verib.

Sabunçu rayonu ərazisində, konkret Sabunçu bazarı deyilən yerdə yerləşən apteklərdə ən çox satışı həyata keçirilən texniki spirt isə “Starlyuks”dur. Hansı ki, bunu ən çox alanlar tüfeyli həyat tərzi sürənlərdir. Həmin şəxslər bu spirtə su qataraq onu qəbul edirlər. Baxmayaraq ki, üzərində qəbulunun qadağan olması ilə bağlı məlumat qeyd olunub.

Qeyd edək ki, apteklər bu məhsulu 33-35 qəpiyə alıb müştəriyə 50 qəpiyə satır.

Xatırladaq ki, Sabunçudan sonra eyni səbəbdən daha bir nəfərin – Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən evdə 1964-cü il təvəllüdlü Asif Akşurinin meyiti tapılıb. Məlumata görə, A.Akşurin dostunun evində spirt qəbul edib. Bununla da son 3 gündə bu məhsulu içərək ölənlərin sayı 16-ya çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri