Icma.az
close
up
RU
Bakıda 30 cu Yubiley Xəzər İnşaat Həftəsi işinə başlayır

Bakıda 30 cu Yubiley Xəzər İnşaat Həftəsi işinə başlayır

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” keçiriləcək.

“APA-Economics” xəbər verir ki, regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan bu tədbir bir sıra beynəlxalq sərgiləri birləşdirir: 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic”.

Bu il “Caspian Construction Week” üçün xüsusi əhəmiyyət kəsb edir: “BakuBuild” sərgisi 30 illik yubileyini, “Rebuild Karabakh” sərgisi isə 5 illik yubileyini qeyd edir.

30 illik uğur

Hazırda tikinti sektoru Azərbaycan iqtisadiyyatının ən dinamik və strateji əhəmiyyətə malik sahələrindən biridir. Qarabağın bərpası, şəhərsalma və yol-nəqliyyat infrastrukturunun inkişafı üzrə həyata keçirilən genişmiqyaslı proqramlar bu sahəyə xüsusi önəm qazandırıb. 30 il ərzində 58 ölkədən 6500-dən çox şirkəti, eləcə də 200 000-dən artıq peşəkar ziyarətçini bir araya gətirən “Caspian Construction Week”, inşaat sahəsinin aparıcı platforması kimi mühüm sərgiləri birləşdirir, sahə mütəxəssislərini bir araya toplayır və biznes üçün yeni əməkdaşlıq imkanları yaradır. Tədbir innovativ texnologiyaların tətbiqinə, azad edilmiş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir. 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır və məktub sərginin rəsmi açılış mərasimində səsləndirilir. Ölkə başçısının 2024-cü ildə göndərdiyi salamlama məktubunda qeyd olunur:
“Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur”.

Bu il ekspozisiya Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə edir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 17 ölkədən 299 şirkət yer alır. İştirakçı ölkələrə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya, Cənubi Koreya daxildir. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Oktyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri