Bakıda Xəzər İnşaat Həftəsi keçirilir
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan Xəzər İnşaat Həftəsi (Caspian Construction Week) keçirilir.
XQ xəbər verir ki, 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutub. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi fonunda “Caspian Construction Week” dayanıqlı şəhər inkişafı, müasir memarlıq yanaşmaları, innovativ tikinti texnologiyaları və infrastrukturun modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Həftə çərçivəsində “BakuBuild” - 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, “Rebuild Garabagh” - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi, “Aquatherm Baku” - 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi və “Plastex Caspian” - 5-ci Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi bir məkanda – Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubu oxunub.
Xəzər İnşaat Həftəsinə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) yer alır.
Həftə çərçivəsində “BakuBuild” sərgisində tikinti və istehsalat avadanlıqları, tikinti materialları, döşəmə, interyer və memarlıq həlləri, işıqlandırma və izolyasiya sistemləri, keramika və üzlük daşı, metal məmulatları, pəncərə və qapılar, landşaft həlləri və digər istiqamətlər üzrə məhsul və texnologiyalar nümayiş etdiriləcək. “Rebuild Garabagh” işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinə beynəlxalq şirkətlərin, texnologiyaların və investisiyaların cəlb edilməsinə xidmət edəcək. “Aquatherm Baku” istilik, havalandırma, kondisionerləşdirmə, su təchizatı və santexnika sahələrini, “Plastex Caspian” isə plastik və polimer sənayesində xammal, istehsal texnologiyaları və hazır həlləri əhatə edəcək.
200-dən çox şirkət Xəzər İnşaat Həftəsində iştirakını təsdiqləyib. İştirakçılar arasında Azərbaycanla yanaşı, Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alır. İtaliya, Özbəkistan və Rusiya sərgidə milli pavilyonlarla təmsil olunur. Bu il İtaliya sərgidə iştirakını genişləndirərək iki pavilyonla çıxış edir. Onlardan biri Siciliyanın potensialını və məhsullarını nümayiş etdirən ayrıca ekspozisiyadır. Bir neçə sərginin eyni məkanda keçirilməsi iştirakçılara tikinti, memarlıq, mühəndis sistemləri, su təchizatı, sənaye istehsalı və infrastruktur sahələrində daha geniş peşəkar auditoriyaya çıxış imkanı yaradır.
Sərgilərin zəngin işgüzar proqramına panel müzakirələri, tematik sessiyalar, təqdimatlar, eləcə də B2B və B2G görüşləri daxildir. Bu format şirkətlərə özəl sektor və dövlət qurumlarının nümayəndələri ilə birbaşa danışıqlar aparmaq, bazarın tələbatını öyrənmək, təchizat və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün şərait yaradır.
“Caspian Construction Week” ilə eyni tarixlərdə “Road & Traffic” - 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi də təşkil olunacaq. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları üzrə mütəxəssisləri bir araya gətirir. Burada yolların, körpülərin və tunellərin layihələndirilməsi və tikintisi, şəhərsalma, yol-tikinti texnikası, geodeziya və GIS sistemləri, parkinq sistemləri, intellektual nəqliyyat sistemləri, hərəkətin idarə olunması, ictimai nəqliyyat, ödəniş sistemləri, velo-nəqliyyat infrastrukturu, yol nişanları, işıqlandırma və təhlükəsizlik həlləri təqdim edilir. Sərgidə Azərbaycan, Çin, Rusiya Federasiyası və digər ölkələrdən “Bohnenkamp”, “Fujian Tıetuo Machinery Co., Ltd”, “Geoid”, “Global Automobiles”, “K Group (Bakıkart)”, “Miakom SPB”, “STP-BTECH” kimi şirkətlər iştirakını təsdiq edib. Eyni zamanda, “Road & Traffic” sərgisində Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi öz stendi ilə təmsil olunur.
Qeyd edək ki, Xəzər İnşaat Həftəsi oktyabrın 14-16-dək fəaliyyət göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 14 Oktyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















