Icma.az
close
up
RU
30 cu Yubiley Xəzər İnşaat Həftəsinə hazırlıqlar tam sürətlə davam edir

30 cu Yubiley Xəzər İnşaat Həftəsinə hazırlıqlar tam sürətlə davam edir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 avqust, AZƏRTAC

Oktyabrın 14 –16-da Bakı Ekspo Mərkəzində keçiriləcək 30-cu Yubiley Xəzər İnşaat Həftəsinə hazırlıq işləri tam sürətlə davam edir.

AZƏRTAC xəbər verir ki, regionun inşaat sektorunda aparıcı sənaye platformalarından olan tədbir çərçivəsində 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 13-cü Xəzər Beynəlxalq Mebel İstehsalı və Ağac Emalı Sərgisi – “MebelExpo”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic” sərgisi baş tutacaq.

Bu il Xəzər İnşaat Həftəsi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri öz yubileyini qeyd edir və bu əlamətdar hadisə sərgilərin tədbirlər proqramında da öz əksini tapacaq. Region üçün əhəmiyyətli tədbirləri vahid ad altında birləşdirən Xəzər İnşaat Həftəsi Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin qabaqcıl şirkətlərini bir araya gətirir.

30 illik uğurlu tarixə malik Xəzər İnşaat Həftəsi etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasında layiqli yerini tutur və regionun əsas oyunçuları və mütəxəssisləri ilə birbaşa əlaqə qurmaq fürsətini təqdim edir.

Hazırda sərgilərə hazırlıq işləri aktiv şəkildə aparılır. Sərgilərə beynəlxalq marağın artması nəticəsində sərgi sahəsinin böyük hissəsi artıq müxtəlif ölkələri təmsil edən iştirakçılar tərəfindən rezerv olunub. Bu il də sərgilər Bakı Ekspo Mərkəzinin 3 pavilyonunu əhatə edəcək. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İtaliya, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan bir çox yeni şirkətlər iştiraklarını təsdiqləyib. “Holcim”, “Sumqayıt Texnologiyalar Parkı" (STP), “Norm ASC”, “Vertus”, “AS Group”, “Azmade Group”, “Matanat A”, “Albaddad”, “Çuhadaroğlu Alüminyum Sanayi ve Ticaret A.Ş”, “Almet Baku”, “Texnoforma” və digər aparıcı şirkətlər artıq sərginin iştirakçıları sırasındadır. Ənənəvi olaraq, kiçik və orta biznesin inkişafını dəstəkləmək məqsədilə “AZPROMO” və “KOBİA” kollektiv stendlərlə təmsil olunacaq.

Tədbirə olan marağın artması fonunda ilk dəfə olaraq, Xəzər İnşaat Həftəsinin Baş sponsoru qismində “PMD Group” çıxış edir. Daşınmaz əmlakın inkişafı, investisiyası və idarə olunması sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan “PMD Group”un sponsorluğu, tədbirin sektorda etibarlı və perspektivli əməkdaşlıq platforması kimi qəbul edildiyini göstərir. Xəzər İnşaat Həftəsi iştirakçılar üçün işgüzar əlaqələrin qurulması, məhsulların və texnologiyaların tanıdılması, yeni bazarlara çıxış, eləcə də sektor üzrə beynəlxalq əməkdaşlıqların genişləndirilməsi baxımından effektiv platforma kimi çıxış edir.

Ötən illərdə olduğu kimi, bu il də Xəzər İnşaat Həftəsinə müvafiq qurumlar və assosiasiyalar tərəfindən dəstək göstərilir. Tədbirə dəstək göstərən qurumlar sırasında İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Memarlar İttifaqı, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA), Qarabağ Dirçəliş Fondu və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) yer alır.

Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Xəzər İnşaat Həftəsi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.

Xəzər İnşaat Həftəsi haqqında ətraflı məlumatları www.caspianconstructionweek.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri