Icma.az
close
up
RU
Bakıda 30 cu Yubiley Bakı Enerji Həftəsi keçiriləcək

Bakıda 30 cu Yubiley Bakı Enerji Həftəsi keçiriləcək

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 2-4-də Bakıda enerji sahəsinin ən böyük hadisələrindən olan 30-cu Yubiley "Bakı Enerji Həftəsi" ("Baku Energy Week") baş tutacaq. SİA sərgilərin təşkilatçıları olan "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətlərinə istinadən xəbər verir ki, tədbirin açılış mərasimində Prezident İlham Əliyev iştirak edəcək.

Ötənilki tədbirdə dövlət başçısı çıxış edərək, "Bakı Enerji Həftəsi"nin ölkəyə xarici investisiyaların cəlb edilməsindəki rolunu vurğulayıb.

Eyni zamanda, tədbirin beynəlxalq miqyasda əhəmiyyətini təsdiq edən amillərdən biri artıq uzun illərdir ki, Bakı Enerji Həftəsinin iştirakçılarına ABŞ və Türkiyə prezidentlərinin, Böyük Britaniya Baş nazirinin salamlama məktubları göndərməsidir.

"Bakı Enerji Həftəsi"nə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

"Bakı Enerji Həftəsi" sənaye liderləri və innovatorlar üçün çox vacib bir tədbirdir. Belə ki, Bakı Enerji Həftəsi regionun aparıcı liderlərinin və dünya miqyasında enerji sektorunun ən önəmli iştirakçılarının bir araya gələrək, mühüm məsələləri müzakirə etdiyi və əhəmiyyətli qərarlar verdiyi effektiv bir platformadır.

30 illik yubileyini qeyd edəcək "Bakı Enerji Həftəsi"nə hazırlıq aktiv şəkildə davam edir. Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Fransa, Gürcüstan, Hindistan, İsrail, İtaliya, Qazaxıstan, Lüksemburq, Macarıstan, Monako, Niderland, Özbəkistan, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edən şirkətlər artıq tədbirdə iştiraklarını təsdiq ediblər.

"Bakı Enerji Həftəsi" enerji keçidi üzrə müzakirələr üçün əsas platforma olaraq statusunu daha da möhkəmləndirəcək. Ənənəvi enerji növlərindən yaşıl enerji yeniliklərinə qədər mövzuları əhatə edən bu tədbir, Azərbaycanın enerji təhlükəsizliyi və ətraf mühitə qarşı məsuliyyətində ölkənin liderliyini gücləndirməyə xidmət edir.

Ənənəvi olaraq, "Bakı Enerji Həftəsi" çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B, B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bununla yanaşı, yubiley tədbirin proqramı da zəngin olacaqdır. Bakı Ekspo Mərkəzinin foyesində "Smart Energy Hub" adlı startap zonası, "Enerjinin sənətlə görüşdüyü yer" - instalyasiya zonası nümayiş olunacaq, həmçinin iştirakçı və ziyarətçilərin diqqətini cəlb edəcək digər maraqlı tədbirlər təşkil olunacaq.

İyunun 3-4-də Bakı Konqres Mərkəzində "Baku Energy Week"in əsas hadisəsi olan "Bakı Enerji Forumu" ("Baku Energy Forum") baş tutacaq. Bu il 30 illik yubileyini qeyd edən Forum "Bakı Enerji Həftəsi"nin əsas iştirakçılarını, aparıcı dünya mütəxəssislərini, dövlət qurumlarının və özəl sektorun nümayəndələrini, investorları və biznes nümayəndələrini strateji dialoq üçün bir araya gətirir. Burada enerji sənayesinin gələcək gündəliyi formalaşır, strateji təşəbbüslər və inkişafın əsas tendensiyaları müzakirə edilir. Bu il "Bakı Enerji Forumu"nun əsas mövzuları dayanıqlı enerji sənayesinin inkişafı, enerji sektorunun rəqəmsallaşdırılması, yaşıl enerji layihələrinin sürətləndirilməsi və dekarbonizasiya üçün innovativ həllərin araşdırılmasıdır. Bu müzakirələr qlobal enerji sektorunun transformasiyasına istiqamət verərək onun gələcəyini müəyyənləşdirməkdə mühüm rol oynayacaq.

Tədbir çərçivəsində "Zero Waste" və "Zero Food Waste" təşəbbüsləri həyata keçirilir ki, bu da təşkilatçıların dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini vurğulayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see277

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see274

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see263

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see242

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see241

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see230

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see217

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see215

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see212

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see208

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see204

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see198

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see186

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see185

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see184

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see183

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see183

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see181

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see180

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri