Bakıda 40 yaşlı kişi infarkt keçirdi: Gündə 4 5 banka enerji içkisi içirmiş
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda 40 yaşlı şəxs miokard infarktı keçirib.
“Bakupost” xəbər verir ki, bunu kardioloq Gülanə Ağayeva bildirib.
Onun sözlərinə görə, gecə saat 3 radələrində sinəsində kəskin ağrılar olan 40 yaşlı pasiyent təcili yardıma müraciət edib. Kardioqramma göstəriciləri və pasiyentin şikayətləri ürəyin ön divarının infarktına uyğun olub.
“Xəstəyə angioqrafiya icra edəndə ön damarının tamamilə tıxandığını gördük. Damarı bərpa etdik, xəstəni vəziyyətdən çıxardıq. Ağrıları keçdi və kardioqramı düzəldi”.
G.Ağayeva qeyd edib ki, pasiyentdən alınan analizlər və toplanan məlumatlar zamanı onun gündə 4-5 banka enerji içkisi qəbul etdiyi məlum olub.
“Biz dəfələrlə enerji içkilərinin və siqaretin zərərlərindən danışsaq da, insanlar bunu sadəcə oxuduqlarımızı danışırmışıq kimi anlayırlar. Amma biz yalnız oxuduqlarımızı danışmırıq, praktikada gördüklərimizi deyirik. Gənc yaşlarda miokard infarktına səbəb olan ən böyük faktorlardan biri enerji içkiləri və siqaretdir”, - deyə G.Ağayeva əlavə edib.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 29 Sentyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















