Bakıda 5 milyon manatlıq qanunsuz kazino şəbəkəsi aşkarlanıb (Video)
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən ölkə ərazisində qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər paytaxtın Yasamal rayonunda yerləşən icarəyə götürdükləri mənzildə ölkə ərazisində istifadəsi qadağan olunmuş "chckeeper.net" internet resursu üzərindən "Tilk007", "Rahat001" və "Rahat98" adlı virtual kassalar yaradıblar.
Şübhəli şəxslərin "Jaguar casino" və "Rahat casino" adlı profillər vasitəsilə qanunsuz onlayn mərc və qumar oyunlarının təşkilini həyata keçirdikləri, "WhatsApp" və "Telegram" platformalarından istifadə etməklə iştirakçıların cəlb olunmasını və pul vəsaitlərinin qəbulunu təşkil etdikləri müəyyən olunub.
Mənzilə baxış zamanı qanunsuz fəaliyyətin təşkilində istifadə olunduğu müəyyən edilən 55 ədəd mobil telefon, 177 ədəd bank kartı, eləcə də iş üzrə sübut əhəmiyyəti kəsb edən digər elektron məlumat daşıyıcıları və materiallar aşkar edilərək prosessual qaydada götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslərin qanunsuz onlayn qumar fəaliyyətinin təşkili və idarə olunması zamanı həyata keçirdikləri maliyyə əməliyyatları üzrə ümumi dövriyyə 5 milyon manatdan artıq olub.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib
DİN-dən bildirilib ki, hazırda toplanmış materiallar üzrə faktların hüquqi qiymətləndirilməsi, qanunsuz fəaliyyət mexanizminin və maliyyə əməliyyatlarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 01 Oktyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















