60 illik evlilik Xoşbəxtliyin sirri nədir?
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Böyük Britaniyada 80 yaşlı Edmund Hincks və həyat yoldaşı Evelyn evliliklərinin 60 illiyini qeyd ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə “The Bolton News” qəzeti məlumat yayıb.
Cütlük yubileylərini kiçik bir qrupun iştirakı ilə qeyd edib. Onlar yaxın vaxtlarda İngiltərə kralı III Çarlzdan təbrik kartı alacaqlarını da bildiriblər. Edmundun sözlərinə görə, bu təşəbbüs kiçik qızına məxsus olub və o, bununla bağlı kral ailəsi ilə əlaqə saxlayıb.
Edmund uzunömürlü evliliyinin sirri barədə zarafatla hər zaman səhv etdiyini etiraf etməsi olduğunu deyib. Daha sonra isə bunun əsas səbəbinin qarşılıqlı sevgi olduğunu vurğulayıb:
“Aydındır ki, biz bir-birimizi sevirik və o, mənim üçün yeganə insandır”.
Cütlük 18 yaşlarında Hellouin rəqsində tanış olub, iki il sonra ailə qurub. Onların toy mərasimi 1966-cı il oktyabrın 21-də, Uelsdəki Aberfan faciəsindən bir gün sonra keçirilib. Həmin faciə nəticəsində 116-sı uşaq olmaqla, 144 nəfər həyatını itirib.
Edmund toy günü faciənin yaratdığı ağır atmosferi də xatırlayıb. O bildirib ki, mərasim keçirilsə də, həlak olan uşaqlarla bağlı kədər hər kəs tərəfindən hiss olunurdu.
60 illik evlilikləri ərzində cütlük üç qız övladı və beş nəvə böyüdüb. Övladlarının hamısı yaxınlıqda yaşayır və onları mütəmadi ziyarət edir.
Aytəkin TOFİQQIZI
Baxış sayı:64
Bu xəbər 30 Oktyabr 2026 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















