Icma.az
close
up
RU
Bakıda 50 manatlıq borc davası: bir nəfər cəza aldı

Bakıda 50 manatlıq borc davası: bir nəfər cəza aldı

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 10-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozumda baş verib.
Astara rayon sakini, 1998-ci il təvəllüdlü Əmrah həmin gün gecə saat 1 radələrində işlədikləri avtotəmir sexinin qarşısında tanışı Raminin onu üzündən itələməsi səbəbindən onunla mübahisə edib. Şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun baş və üz nahiyələrindən bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məmmədli qəsəbəsi nömrəsiz ünvanda ailəsi ilə birlikdə yaşayır, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən avtotəmir sexində avtomobil ustası kimi işləyir: “Həmin avtotəmir sexində Ramin də işləyir və bizim normal münasibətlərimiz olub. Təxminən hadisədən 5 gün öncə Ramin avtomobil təmir etmək üçün ona kömək etməyimi istədi və bunun müqabilində 50 manat pul verəcəyini dedi. Mən də kömək etdikdən sonra pulun bir hissəsini verdi”.
Məhkum qeyd edib ki, mayın 9-da, axşam saatlarında Raminə zəng edib və qalan pulunu istəyib: “Ramin isə avtomobili təhvil verdikdən sonra pulunu verəcəyini dedi. Pulun təcili lazım olduğunu dedikdə isə sözlə mübahisələrimiz oldu. Ramin məni təhqir etdi. Mayın 10-da, təxminən gecə saat 1 radələrində taksi ilə həmin avtotəmir sexinə getdim və onu çölə çağırdım. Ramin çıxdıqda söhbət edərkən aramızda mübahisə yarandı. Bu zaman Ramin əli ilə məni üzümdən itələdi. Bundan qəzəblənərək yumruqla bir neçə dəfə Raminin baş və sifət nahiyələrindən vurdum, onu yerə yıxdım. Daha sonra isə səsimizə gələn həmin tanımadığım taksi sürücüsü yaxınlaşdıqda artıq təxminən 1 dəqiqə davam edən mübahisəmiz bitdi. Mübahisə zamanı yanımızda heç kim olmayıb”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əmraha 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsə cəza müddətində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri tapşırılıb. 
Bundan əlavə, onun üzərinə cəza çəkmə müddəti ərzində Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi vəzifələri də qoyulub. 
Təqsirləndirilən şəxsin bu müddətdə kütləvi tədbirlərdə iştirak etməsi qadağan olunub. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Avqust 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri