Bakıda 8 binanın sökülür, sakinlərə nə qədər ödəniləcək? VİDEO
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Bakının Nizami rayonunda səkkiz binanın sökülməsi və sakinlərin köçürülməsi planlaşdırılır. Söhbət əsasən köhnə yataqxana tipli binalardan gedir.
Modern.az Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söküntünün nəzərdə tutulduğu ərazilər arasında Kamil Balakişiyev, İsmayıl Məmmədov, Rizvan Teymurov və Məmmədəli Şərifli küçələrinin, həmçinin Babək prospektinin olduğunu bildirib.
Onun sözlərinə görə, yenidənqurma işlərinin bir hissəsinin dövlət, digər hissəsinin isə investorların vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur. Bəzi ərazilərdə yeni yaşayış binalarının tikilməsi, digərlərində isə yaşıllıqların və parkların salınması planlaşdırılır.
V.Oruc yaşayış sahələri üçün 2000–2800 manat, qeyri-yaşayış sahələri üçün isə 2500–4000 manat aralığında kompensasiya ödənilməsinin ehtimal olunduğunu deyib. O vurğulayıb ki, bu rəqəmlər yekun deyil. Məbləğlər qiymətləndirmənin nəticələri və müvafiq dövlət qurumlarının qərarları əsasında dəqiqləşəcək.
Sakinlərə mənzil və ya pul kompensasiyasının təklif edilməsi konkret layihədən asılı olacaq. Yerində yeni bina tikilən evlərin sakinlərinə mənzil təklif olunması, dövlət hesabına alınaraq abadlaşdırılacaq ərazilərdə isə kompensasiya ödənilməsi nəzərdə tutulur.
Proses mərhələli aparılacaq. Əvvəlcə mənzillərin və sakinlərin sayı müəyyənləşdiriləcək, daha sonra konkret binalarla bağlı qərarlar verilərək sakinlər məlumatlandırılacaq. Söküntünün başlanma tarixi və köçürülmə şərtləri də həmin mərhələdə aydınlaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Noyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















