Bakıda 99 AV 999 nömrəli Lamborghini saxlanıldı KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
99-AV-999 dövlət qeydiyyat nişanlı Lamborghini avtomobili ilə bağlı tədbir görülüb.
KONKRET.az xəbər verir ki, bu barədə daha əvvəl Ajans.az-ın Baş redaktoru Tural Museyibov məlumat vermişdi. Əldə etdiyimiz son məlumata görə, avtomobillə bağlı müvafiq tədbir görülüb
Baş redaktorun təqdim etdiyi görüntülərdə Lamborghini markalı avtomobilin axşam saatlarında Dənizkənarı Bulvar ərazisində hərəkətləri əks olunub.
Ajans.az yazır ki,avtomobili 2003-cü il təvəllüdlü Hacı Həsənli Rövşən oğlunun idarə etdiyi bildirilir.
Qeyd edək ki, avtomobillə bağlı daha əvvəl məhkəmə qərarının olduğu və sürücünün avtoxuliqanlıq etmədiyi barədə qərar verilib. Bununla belə, avtomobil duracağa yerləşdirilib.
Məsələ ilə bağlı çıxış edən Tural Museyibov sürücülərin maddi imkanlarından asılı olmayaraq, ictimai qaydalara riayət etmələrinin vacibliyini vurğulayıb.
O bildirib ki, yüksək qiymətli avtomobilə sahib olmaq heç kimə ictimai yerlərdə təhlükəli və ya digər şəxsləri narahat edən hərəkətlərə yol vermək imtiyazı vermir. Cəmiyyətdə hər kəs qanun qarşısında bərabərdir və maddi imkanlar başqalarına münasibətdə üstünlük nümayiş etdirmək vasitəsinə çevrilməməlidir.
Tural Museyibov, həmçinin məsələ ilə bağlı tədbir görüldüyünə görə Daxili İşlər Nazirliyinə təşəkkür edib və sürücünün hazırda xaricdə olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















