Tanınmış iş adamı barədə həbs qərarı Bakıda görün nələr edib?!
Icma.az, Yenisabah saytına istinadən bildirir.
“Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyev xüsusilə külli miqdarda dələduzluq və vəzifə cinayətlərində ittiham olunur.
“Yeni Sabah” xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, Nizami rayonunda şirkət tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni mənzillərin uzun müddət verilməməsi barədə daxil olan məlumatlar əsasında araşdırma aparılıb.
Araşdırmalar zamanı Ceyhun Quliyevin vətəndaşları mənzil satışı adı altında aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaitləri aldığı müəyyən edilib. Elektronika məhsulları
İstintaq materiallarına əsasən, o, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən “My Home” yaşayış kompleksində əvvəllər başqa şəxslərə satılmış mənzil və digər əmlakları yenidən satmaq adı ilə vətəndaşlardan pul alıb. Nəticədə çoxsaylı şəxslərə maddi ziyan vurulub.
Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə yenidən ittiham elan edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 172 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. İbtidai istintaq başa çatdırılaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baxış sayı:117
Bu xəbər 24 Noyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















