Betmen in avtomobili hərraca çıxarılacaq
Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikalı məşhur rejissor Tim Börtonun 1992-ci ildə ekranlaşdırdığı “Batman Returns” (Betmen qayıdır") filmindəki əfsanəvi “Batmobil” hərraca çıxarılacaq.
Kulis.az xəbər verir ki, avtomobilin 5-7 milyon dollar aralığında satılacağı proqnozlaşdırılır.
Təxminən 6 metr uzunluğunda olan və uzun illər Kaliforniyadakı Markoni Avtomobil Muzeyində nümayiş etdirilən maşın orijinal qara boyasını, "Chevrolet V-8" mühərrikini və uzaq məsafədən idarə olunan alovlu işlənmiş qaz sistemini qoruyub saxlayıb.
Avtomobil 1960-cı illərin serialındakı "Batmobil"in 2013-cü ildə müəyyənləşdirdiyi 4,6 milyon dollarlıq satış rekordunu yeniləyə bilər.
Lakin “Warner Bros.” ilə bağlanmış müqaviləyə əsasən, yeni sahibinin bu avtomobili ümumi istifadəli yollarda sürməsinə icazə verilməyəcək və ictimai sərgilər zamanı maşın yalnız hərəkətsiz vəziyyətdə nümayiş etdiriləcək.
"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..." - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu? Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 24 Noyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















