Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“Bakı şəhərinin 2040-cı ilə qədərki Baş Planına əsasən, adambaşına düşən ictimai yaşıl sahənin 5,8 kvadratmetrdən 8 kvadratmetrə çatdırılması gözlənilir”.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW 2026) 2-ci günündə bildirib.
O qeyd edib ki, 2040-cı ilə qədər ictimai yaşıl sahələrin ümumi sahəsinin təxminən 1 000 hektar əlavə yaşıl ərazi də daxil olmaqla təxminən 2 500 hektara çatdırılması hədəflənir: “Həvəsimiz və hədəfimiz sadəcə yaşıl sahələrin həcmini artırmaqla məhdudlaşmır. Hibrid yaşıl dəhlizlər vasitəsilə biz eyni zamanda iqlimə uyğunlaşmanı, biomüxtəlifliyi, ictimai sağlamlığı və dayanıqlı mobilliyi dəstəkləyən bir-biri ilə əlaqəli sistemlər yaratmağı hədəfləyirik”.
A.Quliyev həmçinin vurğulayıb ki, Azərbaycan üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) çərçivəsində 1990-cı il səviyyələri ilə müqayisədə 2035-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmaq öhdəliyini götürüb.
Bundan başqa, hökumətin binalarda enerji səmərəliliyi haqqında yeni qaydaları təsdiqlədiyini deyən Komitə sədri, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində daha səmərəli və dayanıqlı binaların inşası üçün lazımi mühitin yaradıldığını diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 08 Sentyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















