Bakıda AFFA Fitnes C kursu başladı
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində AFFA Fitnes C kursu başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı AFFA-nın mətbuat xidməti yayıb.
Kursun açılışında AFFA-nın baş katibinin müavini Elçin Məmmədov iştirak edib. AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov iştirakçılara uğurlar arzulayıb.
Kursun məşğələlərini AFFA-nın fitness üzrə mütəxəssisi Turcay Əhmədov keçir. Proqram futbol klublarında, akademiyalarda və futbolun inkişafı mühitində çalışan fitnes məşqçiləri, eləcə də bu istiqamətdə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
AFFA Futbol Fitnesi C Sertifikat Proqramının əsas məqsədi iştirakçılara futbolçuların fiziki hazırlığı üzrə baza bilik və bacarıqları qazandırmaq, həmçinin onları UEFA Fitnes B təhsil yoluna hazırlamaqdır.
Qey edək ki, kurs fasilələrlə noyabr ayınadək davam edəcək.
Baxış sayı:113
Bu xəbər 15 Sentyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















