Bakıda alabay itləri sahibini parçalayaraq öldürdü
Bakıda it öz sahibini parçalayaraq öldürüb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 70 yaşlı Ə.Y. saxladığı alabay cinsli itlər sahibinə hücum edib.
Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar.
Nəticədə itlər sahibini parçalayaraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları çağırılıblar.
Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.
Qonşuların bildirdiyinə görə, Ə.Y. biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.
Baxış sayı:34
Mənbə:https://oxu.az
parçalayaraq öldürüb
sahibini parçalayaraq
70 yaşlı
aciz qalıblar
alabay cinsli
alınıb orada
bakıda it
cinsli itlər
dişi olmaqla
hadisə xətai
hadisə yerinə