Bakıda aliment borclarını ödəməyən ata həbs olundu
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda aliment borclarını ödəməyən ata həbs olunub.
Lent.az-ın xəbərinə görə, 42 yaşlı Sabit Mustafayev (şərti adla) 2023-cü ildən ona təyin olunan aliment ödənişlərini yerinə yetirməyib. Məlumata görə, evliliyin rəsmi qaydada ləğvindən sonra məhkəmə ona 2016 və 2017-ci il təvəllüdlü iki uşağına hər birinə 220 manat olmaqla. Aylıq 440 manat ödəməyi tapşırıb.
Lakin S. Mustafayev bu ödənişləri yerinə yetirməyib. Nəticədə Sabitin borcları yığılaraq, 10 min 860 manat olub.
Buna görə də onnu barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
S. Mustafayev bildirib ki, 2014-cü ildə ailə qurublar. Nikahdan 2 övladı dünyaya gəlib. Sonradan münasibətləri pisləşdiyi üçün 2024-cü ildə məhkəmə qərarı ilə boşanıblar. Məhkəmə 2023-cü ildən ona iki övladı üçün aliment ödəməyi tapşırıb. Lakin Mustafayev uşaqların atalığını mübahisələndirib və bu barədə məhkəmədə iddia qaldırıb. Onun sözlərinə görə, ekspert uşaqların ondan olmadığı barədə rəy verib. Amma bunlara baxmayaraq, o, bununla bağlı bütün məhkəmələrdə müsbət qərar əldə etməyib.
Qeyd olunur ki, Mustafayev bundan əvvəl də aliment borcuna görə 500 manat inzibati qaydada cərimələnib.
Zərərçəkən, onun keçmiş arvadı isə bütün aliment borcunun Sabit Mustafayevdən alınaraq ona ödənilməsini, əks halda keçmiş ərinin həbs olunmasını istəyib. Mustafayev isə o qədər pulu ödəməyə imkanı olmadığını deyib.
Məhkəmənin qərarı ilə S. Mustafayev 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 26 Sentyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















