Icma.az
close
up
RU
Bakıda Almaniya Azərbaycan Bağlantı Konfransı keçiriləcək

Bakıda Almaniya Azərbaycan Bağlantı Konfransı keçiriləcək

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) bu il oktyabrın 6-da Bakıda keçiriləcək Almaniya-Azərbaycan Bağlantı Konfransının əsas müzakirə mövzusu olacaq.

Bu barədə Bakıvaxtı.az-a Alman-Azərbaycan Xarici Ticarət Palatasından ("AHK Azerbaijan") bildirilib.

Məlumata əsasən, "AHK Azerbaijan" Azərbaycan Hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi konfrans infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma üzrə investisiyaların səfərbər edilməsinə həsr olunacaq və Biznes Şurasının yaratdığı institusional impulsu konkret layihə və tərəfdaşlıqlara çevirmək üçün növbəti mühüm platforma rolunu oynayacaq.

"Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında, xüsusilə Orta Dəhliz boyunca strateji mövqeyi nəqliyyat, logistika və dayanıqlı təchizat zəncirləri sahəsində yeni əməkdaşlıq imkanları yaradır. Liman və dəmir yolu infrastrukturu, rəqəmsal logistika həlləri və tranzit vaxtının azaldılması Almaniya və Azərbaycan biznesi üçün praktiki əməkdaşlıq istiqamətləridir", - palatadan bildirilib.

Xatırladaq ki, TBNM Qazaxıstan ərazisi, Xəzər dənizi akvatoriyası, Azərbaycan və Gürcüstandan keçməklə Çini Avropa dövlətləri ilə birləşdirən beynəlxalq nəqliyyat marşrutudur. Assosiasiya lazımi informasiya dəstəyini həyata keçirir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin formalaşmasına və coğrafi baxımdan birbaşa TBNM marşrutu boyu yerləşməyənlər də daxil olmaqla, müxtəlif ölkələrdən olan iştirakçılar üçün maksimum səmərəliliyin əldə edilməsinə kömək edir.

Qazaxıstan Nəqliyyat Nazirliyinin statistikasına görə, bu marşrut üzrə yükdaşımaların həcmi sabit müsbət dinamika nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə 4,484 milyon ton yük daşınıb.

Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib, 2027-ci ilə qədər isə onun daha 10 % artacağı gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti illik 10 milyon ton həddinə çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsi üçün imkanlar açacaq.

Qeyd etmək lazımdır ki, TBNM vasitəsilə yükdaşımalar üzrə 2030-cu il üçün hədəf göstəricisi 11,4 milyon ton səviyyəsində müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 İyul 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri