Icma.az
close
up
RU
Bakıda Arıçılıq Məhsullarının Sərgi Satış Yarmarkası keçiriləcək

Bakıda Arıçılıq Məhsullarının Sərgi Satış Yarmarkası keçiriləcək

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 25-ci Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası baş tutacaq. Yarmarka 18 oktyabr – 9 noyabr tarixlərində Nərimanov rayonu, “Gənclik” m/st-nın çıxışı, “Atatürk” parkının qarşısında təşkil olunacaq.

"Unikal" xəbər verir ki, Bal Yarmarkasında iştirak etmək istəyən arıçılar 5 sentyabr saat 11:00-dan 7 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada müraciət edə biləcəklər. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2025-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək.

Onu da vurğulayaq ki, məhsulların qəbulu 25 sentyabr – 6 oktyabr tarixlərində həyata keçiriləcək. Bu müddətdə bal nümunələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) əməkdaşları tərəfindən yerində götürüləcək və analiz ediləcək. Nəticələr isə 1 – 11 oktyabr tarixlərində fermerlərə SMS və ya zəng vasitəsilə çatdırılacaq. Onu da bildirək ki, Bal Yarmarkasında yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılacaq.

Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Bu il arıçıların gətirdikləri məhsullardan diastaza ilə yanaşı saxaroza nümunələri də götürüləcək. Keçid meyarları isə standartlara uyğun olaraq qəbul ediləcək.

Qeyd edək ki, yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar yeni qablaşdırma, satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi və digər zəruri xidmətlərlə təmin olunacaqlar. Beləliklə, Bal Yarmarkası yalnız məhsulların satış və sərgi platforması deyil, həm də istehlakçıların birbaşa arıçılardan yalnız təbii, keyfiyyətli və etibarlı bal məhsulları əldə edə biləcəkləri ənənəvi görüş məkanı olacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Avqust 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri