Icma.az
close
up
RU
Bakıda artan parklanma problemi: Sakinlər öz həyətlərinə daxil ola bilmirlər

Bakıda artan parklanma problemi: Sakinlər öz həyətlərinə daxil ola bilmirlər

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu gün şəhərdə parklanma ilə bağlı vəziyyət həqiqətən də çox ciddi bir problemə çevrilib. Bir çox ərazilərdə artıq vəziyyət daha da ağırlaşıb və binaların həyətləri tədricən digər avtomobillər tərəfindən zəbt olunmağa başlayıb. Belə ki, çox vaxt həmin binalarda nə yaşayan, nə də orada işləyən şəxslər öz maşınlarını gətirib bu həyətlərdə saxlayırlar. Halbuki bu yerlər bina sakinləri üçün nəzərdə tutulub”.
Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı deyib.
O bildirib ki, vəziyyətin əsas səbəbi şəhərdə rəsmi parklanma yerlərinin azlığı və ya pullu olmasıdır:
“Bəzi sürücülər həm yer tapa bilmirlər, həm də pul ödəmək istəmirlər. Buna görə də, boş həyət və ya sahə gördükdə avtomobillərini ora qoyub gedirlər.
Hətta elə hallar olur ki, dərsi və ya işi saat 10-da başlayan şəxs saat 8-də başqa bir binanın həyətində maşınını saxlayır və gözləyir ki, bina sakinlərindən biri işə gedib yer boşaltsın, sonra öz avtomobilini həmin yerə çəksin.
Bu cür davranışlar artıq bir çox yaşayış massivlərində gərginlik yaradır. Sakinlər öz həyətlərinə daxil ola bilmir, uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançaları və istirahət yerləri avtomobillərlə dolur.
İzmir Parkı yaxınlığında və İncəsənət Universitetinin ətrafında park yerləri ciddi şəkildə məhduddur. Buradakı problem yalnız sıxlıqla əlaqəli deyil. Tələbələr və müəllimlər avtomobillərini səhərdən axşama qədər saxlayırlar. Boş yer tapılmadığı üçün sürücülər yaxınlıqdakı küçə və meydançalarda avtomobilləri xaotik şəkildə saxlayırlar. Bu da nəqliyyatın hərəkətinə mane olur və əlavə problemlər yaradır.
Bölgədə iri ticarət və biznes mərkəzlərinin sayı çoxdur. Problemin əsas səbəbkarları məhz bu müəssisələrdir. Belə obyektlərə gələn avtomobil sayı çox olur, amma sahibkarlar və layihəçilər parklanma infrastrukturu barədə düşünmürlər.
Bu məsuliyyətsiz yanaşmanın bir neçə nəticəsi var: yollar sıxlaşır, qanunsuz dayanma hallarının sayı artır, həm şəhərdaxili hərəkət, həm də piyadaların təhlükəsizliyi zərər görür.
Yeni tikinti obyektləri layihələndirilərkən parklanma yerləri mütləq hesablanmalı və tikinti icazəsi bu tələblə əlaqələndirilməlidir, məsələn, kvadrat metrə və ya mənzil sayına uyğun parklanma normasına əsasən. Böyük ticarət və biznes mərkəzləri yerin imkanlarına uyğun yeraltı və ya zirzəmi parklanma sahələri yaratmalıdır. Dövlət qurumları, yəni tikinti rəyini verən və nəzarət edən təşkilatlar, bu şərtlərin tətbiqini təmin etməli, texniki tələblərin icrasına nəzarət etməli və rüşvətə yol verməməlidirlər. Şəhər planlaması çərçivəsində alternativ parklanma zonaları yaradılmalı və ictimai nəqliyyatla əlaqələndirilmiş həllər təklif edilməlidir. Dövlət və yerli idarəetmə sahibkarlardan müvafiq infrastrukturun yaradılmasını tələb etməli və məsuliyyəti boynundan atmamalıdır".(operativ.media)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri