Bakida atasını QƏTLƏ YETİRƏN oğul HAKİM QARŞISINDA
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Ayxan Vəlizadənin anket məlumatlarını dəqiqləşdirib.
Məhkəmə tərkibi qısa müşavirədən sonra işin məhkəmə baxışına verildiyini və 6 may saat 14:00-a təyin olunduğunu elan edib.
Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub.
44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli şəxs qismində saxlanıb.Faktla bağlı cinayət işi başlanılıb, A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 24 Aprel 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















