Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, M.Əmirovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Prosesdə hökm oxunub. Hökmə əsasən, Murad Əmirov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin may ayında paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsində evdə qeydə alınıb.
1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib. M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 25 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















