Bakıda avtomobil yandı
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış "BMW" markalı avtomobilin isə arxa hissəsi qismən yanıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından qorunub.
Milli.Az
Baxış sayı:128
Bu xəbər 29 Mart 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















