Gəncənin abadlığına 4.6 milyon xərclənəcək
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Gəncə şəhərində genişmiqyaslı abadlıq və yenidənqurma tədbirlərinə start verilir.
“Yeni Sabah” xəbər verir ki, Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sifarişi ilə həyata keçiriləcək layihə çərçivəsində Gəncənin küçə, prospekt və parklarında, eləcə də yaşayış binalarının məhəllələrində kompleks abadlaşdırma işləri aparılacaq. İnfrastrukturun yenilənməsini nəzərdə tutan layihənin icrası “Gəncə Körpü Tikinti-2” ASC-yə tapşırılıb və işlərin həyata keçirilməsi üçün 4 milyon 598 min 827 manat vəsait yönəldiləcək.
Qeyd edək ki, bir neçə il əvvəl şirkət barəsində nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, texniki baxışı və sazlıq sənədləri ilə bağlı qaydaların pozulmasına görə İPK-nin 339.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub. Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə ASC-yə inzibati tənbeh tətbiq edilərək cərimə kəsilib. Sərfəli qiymətə məhsullar
Cəlalə Cəlalqızı
Baxış sayı:65
Bu xəbər 11 Noyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















