Bakıda Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin 33 illiyi qeyd edilib
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycanla diplomatik münasibətlərin 33-cü ildönümü münasibətilə tədbir təşkil edib.
“Report” xəbər verir ki, tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev salamlama nitqi ilə çıxış edib.
"Son üç onillikdə Azərbaycan və Ukrayna etibarlı münasibətlər və əməkdaşlıq üçün möhkəm təməl qurub", - səfir qeyd edib.
O, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinə görə Azərbaycana təşəkkür edib, həmçinin iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsində iki ölkənin parlamentlərarası missiyalarının mühüm rolunu vurğulayıb.
"Ölkələrimiz arasında iqtisadi əlaqələr inkişaf etməkdə davam edir. Biz, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına Ukraynaya 1 milyon dollar məbləğində növbəti humanitar yardım paketinə görə təşəkkürümüzü bildirmək istərdik", - diplomat bildirib.
Y.Qusev, həmçinin Ukraynanın humanitar minalardan təmizlənməsinə dəstəyinə görə Azərbaycana təşəkkür edib və bu sahədə gələcək əməkdaşlığa ümid etdiyini bildirib. O, münaqişədən zərər çəkmiş ukraynalı uşaqlarının reabilitasiyasına göstərilən köməyə görə də təşəkkürünü ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















