Bakıda basketbol məşqçiləri üçün seminar və imtahan keçirilib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
12–13 sentyabr tarixlərində Bakı İdman Sarayında Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib.
XQ xəbər verir ki, sentyabrın 12-də Bedri Meriç, Polad Həsənov və Yusuf Kayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.
Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C kateqoriyasına malik məşqçilərin isə B kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 14 Sentyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















