Icma.az
close
up
RU
Ərdoğanın sərəncamı türk ailəsinin hüquqi birliyini möhkəmləndirir Deputat

Ərdoğanın sərəncamı türk ailəsinin hüquqi birliyini möhkəmləndirir Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan 10 oktyabr 2025-ci ildə türk əsilli xarici vətəndaşların hüquqi statusunu genişləndirən yeni qərar imzalayıb. Yeni qaydalara əsasən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz və Krım kimi türk soylu icmalardan olan şəxslər Türkiyədə əcnəbi kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına malik olacaqlar.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olduqca mühüm bir sərəncam imzalayıb:

"Bu sərəncam, türk soylu sakinlərin Türkiyədə imtiyazlarının genişləndirilməsi, Türk vətəndaşına yaxın bir statusa malik olması deməkdir. Bu, türk xalqlarının qarşılıqlı inteqrasiyası və identifikasiyası üçün atılmış çox vacib ilk addımdır, böyük türk birliyinə gedən yolda, əslində, Türk Dövlətləri Təşkilatının nizamnaməsinin icra şərtlərinin asanlaşdırılmasıdır".

Müsahibimizin fikrincə,  sərəncamda qeyd olunan model ilk növbədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə tətbiq oluna bilər və daha sonra digər türk topluluqlarının nümayəndələri üçün də belə imtiyazların verilməsi mümkün olar.

"Azərbaycan Prezidenti də bildirir ki, "Türk dünyası bizim ailəmizdir, çünki başqa ailəmiz yoxdur." Qardaş ölkənin prezidentinin atdığı bu addım da geniş mənada ailəmizin üzvlərinə hüquqi müstəvidə imtiyazların tanınmasıdır. Mənə elə gəlir ki, bu mühüm addım, ümumilikdə türk dövlətlərinin gələcək inteqrasiyası və inkişafı üçün olduqca vacibdir", - deyə Hikmət Babaoğlu yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri